Yayda bizə hamilik etməyi öz öhdəsinə götürən çalar

Yayda bizə hamilik etməyi öz öhdəsinə götürən çalar
Geyimlər
10.09.2017 46
Bahar
palitrasını günəşin rəngi olmadan təsəvvür edə bilmərik. İsti, müsbət
və ürəkaçan limon sarısı son dövrlərdə olduqca populyardır. Xüsusilə
naxışlarda tez-tez üzləşəcəyimiz bu rəng tonu yay gələnə qədər bizə
xoşbəxtlik bəxş etməyi öz öhdəsinə götürüb. Çünki günəş çalarları –
xoşbəxtlik, sevgi və müsbət emosiyalarla assosiasiya edilir. Məlumat
üçün onu da bildirək ki, bir çox ölkələrdə sarı uğur, tərəqqi,
firavanlıq rəmzi hesab olunur.

 

Əgər
siz gün işığına ehtiyac duyursunuzsa, qarderobunuza sarı çalarlar əlavə
etməklə onun yerini  asanlıqla doldura bilərsiniz. Bu rəng həm
əhval-ruhiyyəni qaldıracaq, həm də sizi boz kütlədən fərqləndirəcək..

 

Ağ + sarı


istənilən rəng palitrası ilə uyğun gələn universal rənglərdən biridir.
Ağla sarının birləşməsini zarafatla bəzən "qlazok” da adlandırırlar.
Əgər təbiət bu iki rəngi qovuşdurubsa, onların uyğunluğu barədə şübhə
yeri qalmır.

 

Sarı + təmtəraqlı biser

Uzun
sarı donu biser işləmələrlə göz oxşayan, təmtəraqlı pencəklə
birləşdirin. Belə bir obrazın melanxolik qızlara  yaraşmayacağı
dəqiqdir, ancaq gülərüzlü, şən qızlar yüz faiz ətrafdakıların məftun
baxışlarını üz üzərinə çəkəcək.

 

Sarı + qara

Əgər
məşhur mobil şirkətlərin əməkdaşı kimi görünməkdən qorxusunuzsa, onda
böyük rəng blokları yaradın. Məsələn, qara dəri gödəkcə və ya həcmli
kardiqanı (yaxalıqsız qalın materialdan tikilən jaket), kişisayağı
ayaqqabı və çanta ilə uzlaşdırın, baza geyimi olaraq sarı don seçin.
Zərif qadın üslubu ilə kişisayağı tərzin vəhdəti hər zaman effektli
görünür və bu zaman heç kim sizin şirkət işçisi olduğunuzu düşünməyəcək.

 

Sarı + qəhvəyi

Sarı
ilə qəhvəyi çalarlarının birləşməsi çox təbii görünür. Sarı alabəzək
köynəyi cəsarətlə şokolad çalarlı şalvarla uzlaşdırmaq olar. Yeri
gəlmişkən, belə köynək qələm ətək və ya qəhvəyi rəngdə sarafanla da
yaxşı təsir bağışlayır. Hər iki rəngin vəhdəti fakturalarla oynamağa
geniş imkan yaradır. Məsələn, dəri və ya yun, pambıq və ya ipəyi bir
obrazda istifadə eləmək olar. Belə  dəstdə siz çox tərzli
görünəcəksiniz, ən əsası sizdən heç kim baxışlarını çəkə bilməyəcək.

 

Sarı + yaşıl

Sarını yaşılla uzlaşdırmaqdan qorxmayın. Tərəddüd edirsinizsə, yaşıl çəmənləri bəzəyən sarı çiçəkləri yada salın.

 

Sarı + rəngli naxışlar

Təmtəraqlı
printlər sarı ilə birləşdikdə çox ahəngdar görünür. Amma yadda saxlayın
ki, bütün detalların printli olması məqsədəuyğun deyil.

 

Sarı + yaşıl + ağ

Bu 3
rəngin vəhdəti  daha bir əla nümunədir. Ağ fonunun köməyi ilə sarı və
yaşıl arasında balans yaratmaq olar. Şən yay obrazı yaratmaq
istəyirsinizsə, bu rənglər üzərində düşünməyə dəyər.

 

Monoxrom

Sarı
rəngli paltar gözəl ideyadır, lakin bu zaman qeyri-adi biçim və dekora
diqqət yetirin. Başdan-ayağa eyni rəngə bürünmüsünüzsə, aksessuarların
uğurlu olması çox vacibdir: Qeyri-adi sırğa, qolbaq və ya minimalist
üzük ola bilər.

 

Sarı + ağ-qara zolaqlar

Dəniz
üslubunu yada salan ağ-qara zolaqları sarı ilə uyğunlaşdırmaq qeyri-adi
dəst yaratmaq üçün yaxşı ideyadır. Buraya göy rəng də əlavə etmək olar.
Tünd göylə sarı çoxdan klassika sayılır.

 

Sarı + cins

Sarı
ilə cinsin birləşməsini universal və ən uğurlu vəhdət adlandırmaq olar.
Qalın cins gödəkçələr üzərinə işlənmiş qeyri-adi sarı applikasiyalar
sarı yubka ilə əla görünür. Burada vestern (özündə komediya, detektiv,
döyüş, triller, fanstastik janrın xarakterik xüsusiyyətlərini
birləşdirən üslub) üslubunun əlamətlərindən də bəhrələnmək olar.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!