70-ci illərin dəbi geri qayıdır

70-ci illərin dəbi geri qayıdır
Geyimlər
10.09.2017 13
   Üzü yaya doğru gedirik, bir neçə həftədən sonra ən isti fəsili qarşılayacağıq. Mövsüm   dəyişkənliyində isə təbii ki, xanımlar ilk olaraq dəb haqqında düşünür. Odur ki, diqqətli olun, dünyanın tanınmış dəb ustalarının 2012-ci ilin yay mövsümün dəbi haqqında fikirlərini sizə çatdırırıq.



   Yəqin ki, şahidi olursunuz ki, hələ yaz mövsümünün başlanğıcından dəbli xanımlar uzun ətəklərdən istifadə edirlər. Yay mövsümün trendini məhz uzun, bol ətəklər, sinəsi altından başlayan donlar, uzun sarafanlar təşkil edəcək.

İsti yayın əsas dəb meyllərindən ən əsası isə rəngarəng, güllü kombinezonlardır.

Rənglərə gəlincə isə rəngarənglilik dəbdədir. Narıncı, qırmızı, bənövşəyi, ağ, qara, əlvan rəngləri seçə bilərsiniz. Sarı kimi gözyorucu rənglər bu mövsüm dəbdə olmayacaq.
Saçlara gəldikdə isə kobud, səliqəsiz, buruq şəkildə olan düzümlər üstünlük təşkil edəcək. Çantalarda isə böyük və kobudluq aktual olacaq. Bütün bunlardan fərqli olaraq makiyaj çox səliqəli olmalıdır. Gözlərin üzərinə səliqəli layner, dodaqlarda mat, parıltısız əlvan rəngli boyalar məsləhətdir. Avqust ayında isə parıltılı boya dəbdə olacaq. Kirşan isə daha çox kərpic və şaftalı rənglərdə olacaq. Dəri isə həmişəki kimi yayda qaralmış formada olur.
Redakte etdi: Pretty girl

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!