Hər geyimin öz gözəlliyi var...

Hər geyimin öz gözəlliyi var...
Geyimlər
10.09.2017 23
Daha qəşəng, cazibədar və stil sahibi görünmək üçün kimimiz moda jurnallarını qarışdırır, kimimiz markalara sərvət xərcləyir. Halbuki kiçik detallarla daha gözəl, intimual və stil sahibi görünmək əlinizdədir

Ucuzla qəşəng olmağı bilin
Bahalı paltarlar üzərinizdə gözəl dayanacaq deyə bir qayda yox. Ucuza da şans tanımaq çox əhəmiyyətlidir. Mövsümlük trendleri uyğun qiymətə alın. Dizayn paltarlarla ucuz parçaları da qarışdırmaqdan qorxmayın. Pərəstişkarı olduğunuz Hollywood ulduzları çox ucuz parçalarla çox qəşəng olmağı çox yaxşı bilirlər. Siz də bunu təcrübə edin və ucuzla da qəşəng oluna biləcəyini sübut edin.
Hər geyimin öz gözəlliyi var...

Təsir etmək üçün geyinin
Deyək ki üzünüzə gələn həftə çox əhəmiyyətli bir iş görüşməniz var. Və nə geyəcəyinizə dair heç bir fikiriniz yox. Nə geyəcəyinizə o gün gəlmədən qərar verin. Qarşınızdakı İnsanı tanımırsınızsa, haqqında paltarına baxaraq çox şey söyləyə bilərsiniz. İlk təsir çox əhəmiyyətli. Ona görə siz də bu cür əhəmiyyətli görüşmələrdə mütləq təsir etmək üçün geyinin.
Hər geyimin öz gözəlliyi var...

Aksesuarda limit
Aksesuarın nə qədər əhəmiyyətli olduğunu söyləyən bir çox moda mütəxəssisi var. Ancaq aksesuar bir paltarı gözəlləşdirdiyi qədər çirkinləşdirə bilər də. Bəli, bu gerçəyi də unutmamaq lazımdır. Qətiliklə aksesuarınız paltarınızı qabağına keçməməlidir. Yəni paltarınız aksesuarı geyməli, aksesuarınız paltarı deyil. Nə qədər aksesuar sevsəniz də hamısını bir yerdə taxmaqdan çəkinin. Hər səfərində fərqli aksesuarlarla fərqli havalar yaratmağa çalışın.
Hər geyimin öz gözəlliyi var...


Tərzinizi ifadə edin
Əgər özünüzü intimual hiss edirsinizsə, iddialı geyinməkdən qorxmayın. intimual olmaq demək çılpaq olmaq demək deyil. Sadə bir köynəklə belə da çox intimual ola bilərsiniz. Yetər ki nəyin içində necə hiss etdiyinizi bilin və ona görə geyinin. Tərzinizdən güzəşt vermədən rahat hiss etdiyiniz parçalarla istədiyiniz şəxsiyyətə bürünün

Rəngdən qorxmayın
Kimsənin geymədiyi qədər rəng istifadə edin. Əyləncəli rənglər olan yaşıllar, çəhrayılar,narıncılar sizin dostunuz olsun. Üstəlik bu rənglərin çox moda olduğunu da unutmayın. Canlı rəngli paltarların ruh halınızı da müsbət təsir etdiyini xatırladaq. Yayın dadını çıxararkən mütləq rənglərlə həyatınıza əyləncə qatın.

İdman da geyinin
. Artıq idman paltarlarını gündılik geyinmək çox dəbdədir. Bu paltarların rahatlığı da mübahisə edilməyəcəyi üçün dəbdə ikən kefini hər an çıxardın.



Göz oxşayan gecə geyimləri

Hərhalda hər klassik filmdə baş rollardakı qadın aktrisa göz qamaşdıran bir gecə paltarıyla bir dəvətə gedər. Bəli, hansı qadın gecə paltarının dadını çıxarmaq istəməz ki. Toy, məzuniyyət ya da bir dəvətə gedirsinizsə bu xüsusi gecənin haqqını verin. Hər qadın gecə paltarı içində göz qamaşdırıcıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!