Qüsursuz gözlər

Qüsursuz gözlər
Gözəllik sirləri
10.09.2017 13
Doğru göz makiyajının tətbiq olunması düşündüyümüz  qədər çətin deyil. Kiçik qayadalara riayət etməklə siz də qüsursuz makiyaja sahib ola bilərsiniz. Bunun üçün aşağıdakı qaydaları diqqətlə oxuyun.

Göz kölgəsinin  qalıcı olmasını təmin etmək  əvvəlcə krem çəkin.
Göz qələmini kirpiklərin tam dibinə çəkməlisiniz.
Əgər kiçik ya da aşağıya doğru sallanan gözləriniz varsa alt kirpik dibinə qələm çəkməyin.
Qələm çəkdikdən sonra incə uclu bir süngər fırçayla xətti yumşaldın.
Göz qapağının alt qisiminə açıq rəng, kənarlara da tünd rəng göz kölgəsi çəkin.
Krem toz halında olan göz kölgələrindən  daha qalıcıdır.
Kirpiklərinizə  tuş sürtməzdən əvvəl bir-birinə yapışmaması üçün kirpikləri bir fırçayla darayın.
Gözünüzlə eyni rəngdə olan göz kölgələrindən istifadə etməyin.
Mavi gözlülər boz, bej və qırmızını, yaşıl gözlülər çəhrayı, qəhvərəngi və boza, qəhvəyi və qonur gözlülər də mavi, yaşıl kimi canlı rəngləri seçə bilərlər.
Təbii bir makiyaj üçün torpaq tonlarında bir göz kölgəsi və qəhvəyi qələm ideal bir ikili olacaq.
Kirpik üçün tuşu 4 aydan çox istifadə etməyin. Köhnəlmişn tuş kirpiklərin üzərində top top qalır və xoşagəlməz bir görüntü yaradır.
Qaşlarınızı da mütləq darayın və fırçalayın.
Kirpik üçün tuş sürtməzdən əvvəl kirpiklərinizi pudralasanız kirpikləriniz uzun müddət tuşu saxlayacaqdır.
Qaş sümüyünün üzərinə açıq rəng bir göz kölgəsi sürtmək gözlərin vurğusunu artırır.

Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!