Makiyaj dərsi

Makiyaj dərsi
Gözəllik sirləri
10.09.2017 42
Makiyajda xırda hiylələr edərək  kiçik burunlu, qalın dodaqlı, hətta daha gənc görünmək mümkündür. Qısa zaman ərzində makiyajınızı daha qabarıq və canlı etmək mümkündür. Əvvəllər podiumda nümayiş olunan makiyaj formaları indi gündəlik həyatımızda da istifadə olunur.  Göz qapaqlarına mirvari rəngli tondan əlavə, tünd rəngli, pigmentli kölgələr də istifadə etmək olar. Tünd rəngli kölgələri aşağıya doğru çəkin. Bu gözləri daha mənalı edir.Makiyaj yaş artdıqca daha fərqli qaydada edilməlidir. Üz makiyajında daha yüngül rənglər, dodaqlarda isə açıq rənglərdən istifadə etmək lazımdır. 40 yaşdan sonra  makiyajdan daha az istifadə etmək lazımdır. Bunu heç vaxt yaddan çıxarmayın.Həmçinin üzə başqa ştrixlər də etmək lazımdır. Üz dərinizdən bir ton tünd kirşanla  alın və yanaqlarınıza kölgə verin.  Bunun ardından yanaqlarınıza yuxarıya doğru parlaq tonda ənlik çəkin. Yuxarıya doğru çəkilən ənlik yanaqları daha iri və qabarıq göstərir. Bir-birinə yaxın gözləriniz varsa,  göz qapaqlarına ya da əksinə bir-birindən uzaq gözləriniz varsa, gözün kənarlarına ağ və işıltılı kölgə vuraraq bunu həll edə bilərsiniz.  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!