Kipriklər niyə tökülür?

Kipriklər niyə tökülür?
Gözəllik sirləri
10.09.2017 52
 
Yəqin ki çoxunuz kipriklərinizə toxunanda, gözlərinizi ovuşduranda, su ilə yuyanda onların töküldüyünü müşahidə edirsiniz.
istinadən xəbər verir ki, kiprikləri tökülən qadının narahat olması əslində çox normaldır. Çünki kipriklər qadının simasına xüsusi bir gözəllik və fərqlilik bəxş edir. Bu baxımdan da onlara ən sadə üsullarla qulluq etmək lazımdır ki, güclü və sağlam olsun!
Kipriklər nədən tökülür?
Kiprikləri tökən ən başlıca səbəb gözləri ovuşdurmaqdır. Keyfiyyətsiz tuşdan istifadə etmək də kiprikləri tökür. Hər gün tuşdan istifadə etmək məsləhət deyil. Yatarkən makiyajı silməmək kipriklərin zəifləməsinə səbəb ola bilər. Bəzən diqqətsiz yanaşaraq kipriklərdəki tuşu xüsusi kosmetik nəm salfetlərlə deyil, gündəlik istifadə etdiyimiz salfetlərlə silirik ki, bu da kiprik tökülməsi probleminə yol açır.
Kiprik tökülməsinin qarşısını necə alaq?
Kipriklərin zəifləməsinin və tökülməsinin qarşısını almaq üçün onlara müntəzəm qulluq etmək lazımdır. Həftədə 3 dəfə yatmamışdan öncə kipriklər üçün özəl kremlərdən istifadə etmək, hind yağı ilə badam yağını qarışdırıb 15 gün yuxudan əvvəl kipriklərə çəkmək məsləhətdir.
Kiprik tökülməsinin qarşısını almaq üçün ən sadə üsul təbii qidalardır. Tərkibində kükürd olan soğan, turp, kələm, yerkökü kimi tərəvəzlərə və D vitaminli balıq, balıq yağı, yumurta kimi qidalara üstünlük verilməlidir.
5 ədəd qoz, 5 ədəd fındıq və 1 xörək qaşığı quyruq yağını qazanda əridib sonra isə pambıqlı çubuqlarla həmin məhlulu kipriklərə və onların köklərinə çəkmək lazımdır. Bu da kiprik tökülməsinin qarşısını almaq üçün ən effektiv vasitələrdəndir.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!