Kirpiklərin uzaması üçün yeni üsul

Kirpiklərin uzaması üçün yeni üsul
Gözəllik sirləri
10.09.2017 34
Kirpiklərin uzaması üçün yeni üsul
Uzun kirpiklər xüsusilə də qadın üçün gözəlliyin və sağlamlığın simvoludur. Kirpiklərin uzunluğu əsasən, valideynlərdən genetik olaraq keçir. Əlbəttə ki, sağlamlığınızda heç bir probleminiz yoxdursa, kirpiklərinizin uzunluğu ana-atadan miras qalır. Kosmetik mağazalarda kirpikləri uzatmaq üçün satılan məhsullar o qədər də yaxşı təsir göstərmir. Yaxşı olar ki, evdə təbii maskalar hazırlayasınız.  Kirpiklərin daha gur və uzun görünməsi üçün aşağıdakı ərzaqları alın.Ərzaqlar:1/2 çay qaşıq ağ huş ağacı yağı1/2 çay qaşığı sidir ağacı yağı1/2 çay qaşığı ardıc yağı1/2 çay qaşığı greyfurt yağı1/2 çay qaşığı adaçayı yağı1/2 çay qaşığı neft 1 stəkan  zeytun yağı 
Hazırlanması:Balaca bir kasaTəmiz tuş fırçasıÜz təmizləyiciTəmiz  dəsmal Bütün yağları və zeytun yağını bir qaba tökün, şüşənin ağzını bağladıqdan sonra yaxşıca çalxalayın. Daha sonra alınan qarışığı bir qaba tökün.  Pambıqla və ya tuş fırçası ilə qaşlarınıza və kirpiklərinizə sürtün. Fırçanı qarışığa çəkməzdən əvvəl 30 saniyə gözləyin yağı canına yaxşıca hopdura bilsin. Lakin çox ehtiyatlı olmaq lazımdır. Çünki alınan maddə gözlərinizi yandıra bilər. Yağı kirpiklərinizdə 10 dəqiqə gözlədikdən sonra soyuq təmiz su ilə yaxşıca  yuyun. Bu maskanı hər axşam yatmazdan əvvəl gündə bir dəfə tətbiq etməlisiniz. Allergiya olarsa, maskadan istifadəni dayandırmalısınız. Hazırladığınız maskanı sərin və qaranlıq bir yerdə saxlayın. 90 gündən sonra isə istifadəyə yararsız vəziyyətə düşür.  Qarışığı gün işığından qorumaq üçün yaxşı olar ki, rəngli şüşədə saxlayasınız. Qeyd: Kirpiklərin möhkəmliyini qorumaq üçün gündəlik qulluq etmək lazımdır. Yatmamışdan əvvəl tuş kirpiklərdən mütləq şəkildə yuyulmalıdır.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!