Ehtiraslı baxışların sirri

Ehtiraslı baxışların sirri
Gözəllik sirləri
10.09.2017 35
Ehtiraslı baxışların sirri
Gözlərinizin daha iri görünməsini təmin etmək üçün intimi makiyajdan istifadə edə bilərsiniz. Məsələn, metal rənglərdən və qara göz kölgələrindən daha çox istifadə etsəniz arzuladığınız nəticəni əldə etmiş olarsınız. Christian Dior'un  beyxəlxalq gözəllik mütəxəsisi Shane Paish qadınlara aşağıdakıları məsləhəti görür. HazırlıqSarı korrektor alın və gözün iç tərifinə tətbiq edin, qara halqaların yox olmasını təmin edin. 1. Qəhvəyi göz kölgəsini qaşlarınızın altından başlayaraq gözün hər tərəfinə çəkin. Bu rəngin həm qızartıları, həm də ləkələri görünməz edəcəyindən əmin olun. 2. Gözlərinizi yumub barmağınızla gözün orta hissəsinə şokolad rəngində göz qələmini gözün kənar hissələrinə qədər yayın. Beləcə gözləriniz daha iri görünəcək. Qələmi kirpiklərin dibinə nə qədər yaxın çəksəniz, bir o qədər yaxşı nəticə əldə etmiş olarsınız. 3. Metal rəngində olan göz kölgəsini gözlərinizin iç hissəsinə çəkin. Burunun kənarlarına isə ağ rəngdə kölgə çəkin. Beləliklə, gözlərinizin daha parlaq və iri görünməsinə nail olacaqsınız. 4. Kirpiklərin alt və üst diblərinə ağ rəngdə göz qələmi çəkin. Bu üsul, gözün olduğudan daha iri görünməsinə səbəb olur. 5. Tuşu kirpiklərə dik tutub çəkmək lazımdır. Tuşun ucu ilə kirkiplərinizi yuxarıya doğru qaldırın. Beləcə kirpikləriniz daha canlı və cazibədar görüntü qazanacaq.  Sonra isə tuşun fırçasını çevirib məhsulu əks tərəfi ilə çəkin. Bütün bunları etdikdən sonra güzgüdə gözlərinizin nə qdər iri və ehtiraslı göründüyündən özünüz də təəccüblənəcəksiniz.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!