Gözəl və təbii görünməyin yolları

Gözəl və təbii görünməyin yolları
Gözəllik sirləri
10.09.2017 42
Ballı maskalar
ÜZ TƏMİZLƏYİCİSİ
1 yemək qaşığı balı, 1 ovuc çəkilmiş badamı və 1/2 çay qaşığı limon suyu ilə qarışdırın. Qarışığı üzünüzə çəkib bir müddət saxlayın. 25-30 dəqiqədən sonra bol suyla üzünüzü yuyun.
MÖHKƏMLƏŞDİRİCİ ÜZ MASKASI
1 yemək qaşığı balı, 1 yumurta ağını, 1 çay qaşığı qliserini mikserdə çırpın. Qarışığı üzünüzə və boyunuza çəkin. 10 dəqiqə qədər gözlədikdən sonra ilıq suyla yuyun.
SAÇ KREMİ
1/2 stəkan balı 1/4 stakan təmiz zeytun yağı( rafinə olunmamış) ilə qarışdırın. Saçlarınız normal quruluqdadırsa, yalnız 1 yemək qaşığı yağ qatın. Qarışığı saçlarınıza çəkin sonra başınıza bir salafan taxıb yarım saat gözləyin. Saçlarınızı şampunla yuyun. Quru saçlarınızın canlanıb parladığını görəcəksiniz.

TONİK

1 yemək qaşığı balı və qabıqları soyulmuş almanı mətbəx robotunda yaxşıca əzin. Üzünüzə çəkib 15 dəqiqə gözlədikdən sonra ilıq suyla üzünüzü yuyun.

SAÇ PARILDADICI

1 çay qaşığı balı, 4 stəkan isti suda əridin. Saçlarınızı şampunladıqdan sonra hazırladığını suyu saçlarınızın dibinə vurmadan uclarını yuyun. Daha sonra saçlarınızı qurudun.
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!