Xanımlar, "Chanel" ətirləri təhlükəlidir

Xanımlar,
Gözəllik sirləri
10.09.2017 24
Dünyanın ən məşhur ətirlərindən biri olan "Chanel No 5" həkimlərlə ekspertlərin ciddi narahatlığına səbəb olubƏtrin hazırlandığı komponentlərin arasında ağac mamırı tipi aşkarlanıb.Avropalı həkimlər deyirlər ki, bu komponent insan orqanizmində ciddi allergik reaksiya yarada bilər.Avropa Komissiyasının 2006-cı ildə qəbul edilmiş qətnaməyə görə, ağac mamırı və qızılgül yağından alınan evqenoldan istifadə edilməklə hazırlanmış məhsulun qutusunda mütləq bu inqratientlərin adları yazılmalı, allergiya xəstəsi olanlar potensial təhlükədən xəbər tutmalıdırlar.Milli.Az The Daily Mail-ə istinadən bildirirki, Avropa Birliyinin İstehlakçıların Təhlükəsizliyi üzrə Elmi Komitəsi (Scientific Committee of Consumer Safety) isə ümumiyyətlə, ağac mamırından istifadəni yasaqlamaq niyyətindədir.Məhz bu mamır "Chanel No 5"ə məşhur, tanınan ətri verir.Beynəlxalq Ətirlər Assosiasiyası (International Fragrance Association) isə ümumiyyətlə, "Chanel No 5" ilə yanaşı, "Miss Dior", "Shalimar" (Guerlain) və məşhur "Angel" (Thierry Mugler) ətirlərinin satışını da yasaqlamaq niyyətindədir.Məmurlar onu da deyirlər ki, potensial təhlükəli komponentlərin siyahısı böyüyə bilər.Həmin siyahıya limon və portağal yağındakı sitral, tonka paxlasından alınan kumarin, yasəmən, qızılgül da daxil olunar.

Fransa Parfümerlər Cəmiyyətinin (Société Française des Parfumeurs) ekspertlərinin fikrincə, siyahı təsdiqlənərsə, parfümeriya, ümumiyyətlə, ölə bilər.İnqradientlərə gəldikdə isə, onları ətri dəyişmədən başqaları ilə əvəz etmək mümkün deyil.1921-ci ildə satışa çıxarılmış "Chanel No 5" parfümü yasəmən, qızılgül, səndəl ağacı və vanil ətri verir.




Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!