Topmodellərin gözəllik sirrləri

Topmodellərin gözəllik sirrləri
Gözəllik sirləri
10.09.2017 23
 
 
Topmodellərin gözəllik sirrləri

Bir modelin çantası əsla xəyal edə bilməyəcəyiniz şeylərlə doludur. İşləyən bir modelin gündəlik olaraq istifadə etdiyi bir çantanın içinə göz atdığınızda, içində tapa biləcəyiniz şeylərdən nümunələr. 
 
Körpələr Üçün Yaş Dəsmal
Həm üz təmizləmək həm də makiyajı silmək üçün möcüzə bir vəsaitdir. Bir dəri yumşaldıcısı olaraq lanolini ehtiva edən bir çox növünü tapa bilərsiniz. Ayrıca yaş dəsmallar, deodrant icazəsi ya da bir ləkəni çıxarmaq üçün də faydalıdır.
Hemoroid Krem
 Bu krem ən məşhur modellərin səhnə arxası  sirridir. Bunu; şişmiş gözlər, çənə xəttləri və şişmiş yanaqlar üçün istifadə edərik. Anında üzü dartan bir vəsaitdir və inadçı partiya müdavimlerinin gözdəsidir.
Sarımsaq&Papaya Həbləri
Sürətli bir şəkildə kilo vermək lazım olduğunda bu həblər tam lazımlıdır. Sarımsaq və papaya həbləri birlikdə sidik sökdürücü olaraq hərəkət edər və bir neçə gün içində 3 kilo itirmənizi təmin edə bilərlər.
Tabəşir
İşdə sizə ləkələri saxlamaq üçün təbii bir yol. Ağ geyimləriniz üçün ağ bir tabeşir və şkafınızdakı bütün geyimlər üçün rəngli bir tabeşir saxlayın.
Ağ Göz Teni 
Modellər bunu, tonal kremləri ilə qarışdıraraq üz üçün işıldayan bir əsas yaratmaqda istifadə edərlər. Qaşın tam altına sürtüldüyündə, gözü yuxarı qaldırar və yüksəldər.
Kapronlar
Modellərin süzülən kapronlarla nə etdiyini düşünürsünüz? Öz saç tokalarını edərlər. Kapronunuzun bir qıçını alın beş  santimetr  kəsin. Bu saç bantlarının, rezin toxaların etdiyi saç qırılmalarına səbəb olmadan ya da stress yaratmadan saçlarınızı gözəlcə yığdıqlarını görəcəksiniz. Buna əlavədən, saç rənginizə ən yaxın rəng tonunu istifadə edərək, tokanın saçlarınızın arasında itməsini təmin edə bilərsiniz.
Saç Spreyi 
Saç spreyi, quruluşlu saçlarımızı yerində tutmaq üçün faydalıdır. Amma eyni zamanda, külotlu corabların qaçmasını da önləyər. Geymədən əvvəl corabınıza aşağıdan yuxarı incə bir təbəqə halında sprey vurun. Makiyajınızın qalıcı olmasını təmin etmək üçün gözlərini bağlayın və saç spreyini, bir qol məsafəsində tutaraq çox yüngül bir şəkildə üzünüzə vurun. Həssas bir dəriniz varsa çox diqqətli olun.
Buzlu Su 
Modellərin çox su içdiyini eşitmisiniz. Bu çox doğru amma bu hekayənin yalnız yarısıdır. Sudan ən üst səviyyədə faydalanmaq üçün buzlu su içərlər. Buzlu su ilə bədən,suyu  otaq istiliyinə gələnə qədər özünü istilətmək məqsədiylə 30 kaloriyə qədər enerji xərcləməyə ehtiyac duyar.
Çay 
Çay, dişlərin çürüməsini önləyər! Həm yaşıl həm də qara çay, diş səthində ibarət olan valları maneə törədən florür və polifenol ehtiva edər. Modellərin çay içmə səbəbi budur.
Filtr Edilməmiş Alma Sirkəsi 
Bir fincan isti suya bir yemək qaşığı qoyub içdiyinizdə möcüzə bir qan təmizləyicisidir. Ayrıca, həm üzünüz həm də saçınız üçün möhkəmləşdirici olaraq istifadə edə bilərsiniz. Bunu üzünüz üçün bir tonik olaraq və saçlardakı qalıqları təmizləmək üçün son durulama suyu olaraq istifadə edin.
Şamlar 
Çantanızda kiçik bir ad günü şamı daşıyın. Bunu, sıxışmış bir zəncirbəndin açılması üçün istifadə edin.
Jeleli Şəkərləmələr
Sürətli bir enerji qaynağıdır və çaşdırıcı bir şəkildə kalorisi və yağ nisbəti aşağıdır. Bu kiçik parçaların hər biri əksəriyyətlə beş ya da altı kalori ehtiva edər. Şirin düşkünlüyünü təmin etmənin olduqca yaxşı bir yoludur.
Tərcümə və Redaktə etdi:PURE LOVE
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!