Hamar ayaqlar üçün nə etməli

Hamar ayaqlar üçün nə etməli
Gözəllik sirləri
10.09.2017 218


Badam yağ sürtün: Hər gün duşdan sonra qıçlarınızı badam yağı ilə masaj edin. Beləliklə təbii yolla qıçlarınıza dərinizə nəmlik qazandıra bilərsiniz. Badam yağı dərinizi nəmləndirməklə yanaşı, yorğun qıçlarınızın ağrısını yüngülləşdirməyə və ayaqlarınızın şişliyini azaltmağa da kömək edər.

[/b]

Alma sirkəsini təcrübə edin: Qıçlarınızda varikozlu bir görünüş varsa, bu istənməyən görünüşün önünə keçə bilərsiniz. Bir tülbənt parçasını bir miqdar alma sirkəsiylə isladın. Varisli damarların çox olduğu bölgənin ətrafına sarıyın. Qıçlarınızı yuxarı qaldırın və bir saat boyuncaistirahət etdirin. Beləcə qıçlarınızdakı qan dövranınızı da sürətləndirə bilərsiniz. Ardından ilıq bir duş qəbul edin.

Hamar ayaqlar üçün nə etməli

Fırça ilə masaj edin: Əczaxanadan sərt tüklü bir fırça alın və masaj edər kimi ayaqlarınızdan başlayaraq yuxarıya doğru qıçlarınızı fırçalayın. Xüsusilə selülitə meylli bölgələrə diqqət yetirin. Bu qan dövranını artıraraq, selülitin azalmasını təmin edər.



Xiyar yeyin: Gündə bir xiyar yemək ayaq biləyi və baldırlarınızdakı şişliyi azaltmağa kömək edə bilər. Ayrıca yüngül dərəcədə sidik sökdürücü təsiri olduğundan bədəndəki şişliyi azaltmağa köməkçi ola bilər. Təbii, ləzzətli və qida dəyəri yüksək xiyar, dəri baxımı müalicəsinə möhtəşəm bir qatqı təmin edər.


Karbonat sürtün: 4 xörək qaşığı karbonatı isti suyla qarışdırın. Budur sizə təbii dəri baxım maskası! Həftədə bir dəfə yavaş bir şəkildə masaj edərək qıçlarınızın üzərinə sürtün. Bu baxım ət dönmələrinə maneə törədərək, qıçlarınızın sağlam və hamar görünməsini təmin edər, ipək kimi yumşaq bir his verər.

[b]


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!