Hansı daraq yaxşıdır

Hansı daraq yaxşıdır
Gözəllik sirləri
10.09.2017 31
 
Siz yəgin ki, gözəllik salonlarında ustaların daraqla
necə məharətlə rəftar etdiyinə fikir vermisiniz? Hansı darağın bu və ya
digər saç düzümündə istifadə edə biləcəyiniz haqda bir neçə məsləhət
verək Sizə. İki daraq növü mövcuddur:dişli daraqlar və fırça formalı
daraqlar.
Dişli daraqlar

Mütəxəssislər taxta darağa üstünlük verməyi məsləhət görürlər.
Xüsusən bu cür darağı nəm saçları daramaqda istifadə edirlər. Taxta
darağın kimyəvi tərkibli maddələrlə reaksiayay girmədiyinə görə bu cür
daraqlardan saçınıza maska qoyanda da yararlana bilərsiniz.
Saçınızı "at quyruğu” formasında yığanda isə siz dişli daraqlara
müraciət edin. Saçınız kimyəvi buruqdursa və ya sadəcə quru
tərkiblidirsə silikon daraqdan istifadə edin.
Saçınız hansı uzunluqda olursa olsun onu həmişə ucundan yuxarı daramağa başlayın.
Fırça formalı daraqlar

Yumru formalı fırça daraqları saçların fenlə düzləşdirmək və qısa
kəsimli saçlara forma vermək istədikdə istifadə olunur. Düz saçlar üçün
uzun metal dişli fırça daraqlar uyğundur. Belə daraqla saçın ön
hissəsini və kare saçları formaya salırlar. Onlara maksimal həcm vermək
üçün diametri 8 sm olan yumru daraq alın.
Daraqlaınızı 2 həftədə bir dəfə yuyun. Saça buruq və ya lokon forması
vermək üçün qısa metal dişli daraqdan istifadə edin. Saçı düzləşdirmək
üçün isə at tükündən istehsal edilmiş fırça daraq köməyinizə çatacaq.
Daraq almadan əvvəl onu əlinizin iç tərəfinə sürtün. Darağın dişləri
əlinizi cızmamalıdır. Darağın dişləri yaxşı emal edilmiş,  ucları isə
yumru olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!