İncə dodaqlar üçün təkliflər

İncə dodaqlar üçün təkliflər
Gözəllik sirləri
10.09.2017 22
Dodaqlarınızın çox incə olmasından şikayətçisinizsə kiçik makiyaj
hiylələri ilə onları olduğundan daha qalın və dolğun göstərə bilərsiniz.

Dodaqlarınıza olduğundan daha qalın görünüş vermək istəyirsinizsə
mütəxəssislərin tövsiyələrinə əməl edin, bu məsləhətlər çox sadə və
praktikdir.

İncə dodaqlara sahibsinizsə qəti şəkildə tünd rəngli dodaq boyalarından uzaq durun.
Qırmızı rəngi çox sevirsinizsə və onu dodağınızda görmək
istəyirsinizsə o zaman ilk olaraq dəri rəngli karandaşla dodaqlarınızı
çərçivəyə alın, sonradan qırmızı dodaq boyanısı tətbiq edin.
Dodaqlarınızın incəliyinin ön planda olmasını istəmirsinizsə mat rənglərdən qaçın.
Yalnız üst dodağın incəliyindən şikayət edirsinizsə dəri rəngli
dodaq karandaşı ilə yalnız üst dodağı çərçivələyərək boya vura
bilərsiniz.
Açıq rəngli dodaq boyaları və blesklər seçsəniz dodaqlarınızın incə görünüşündən xilas ola bilərsiniz.
Açıq rəngli boyadan istifa edərkən dodaqlara dolğunluq qatmaq üçün alt dodağın ortasına bir az blesk vurmaq məsləhətdir.

Amma bir məqamı da unutmayın ki, incə dodaqlara söz anlayan, zəkalı, ehtiyatlı, incə fikirli adamlarda rast gəlinir.





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!