Qalıcı ətrin sirri

Qalıcı ətrin sirri
Gözəllik sirləri
10.09.2017 17
Ətirin çox qalması dərinin tipi ilə əlaqəlidir. Quru dərilər qoxunun aromatik tərkibini yağlı dərilər qədər yaxşı mühafizə edə bilməz. Ətir sınayarkən, dərinizin kiçik bir bölgəsinə yüngül yağlı və qoxusuz bədən losyonu çəkih ətiri bunun üzərinə sıxın.

Bir neçə fərqli qoxunun eyni anda istifadə edilməsi uyğunsuzluq yarada bilər. Bu səbəbdən ortaya pis qoxular da çıxa bilər. Ətirlərinizi qarışdıraraq istifadə etmək istəyirsinizsə, heç olmasa eyni qoxuların eyni tipdən olmalarına diqqət edin.

Qoxunun çox qalmasını təmin edən ideal bədən bölgələri:

Gicgahlar, iki sinə arası və dirsək içləridir. Bədənin bu bölgələri qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir. Qulaq arxasına ətir vurma vərdişini dərhal dəyişdirin! Çünki bu bölgədə dəri daha çox yağ ifraz edir ki, bu da qoxuyla bir araya gəldiyi zaman tərkibinin dəyişməsinə gətirib çıxarır.

Ətirləri nəmsiz, sərin və qaranlıq bir yerdə saxlamaq lazimdir.

 

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!