Qadınların düşməni -Ayna!

Qadınların düşməni -Ayna!
Gözəllik sirləri
10.09.2017 40
İngilətərədə 2200 adam arasında aparılan araşdırma nəticəsində maraqlı bir fakt ortaya çıxıb.

Qadinlar.Biz-in
məlumatına görə, araşdırma zamanı  arıq görünmək istəyən bir çox
xanımların psixoloji problem yaşadığı məlum olub. Belə ki, qadınlardan
aynaya baxdıqda özlərini necə hiss etdikləri soruşulub. Nəticədə onların
çoxu normal çəkiyə sahib olsalar da, özlərini kök gördüklərini
söyləyiblər. Normal çəkiyə sahib xanımlardan yalnız 100-də 13%-i aynaya
baxarkən özlərini sevdiklərini deyiblər, 6%-i isə incə olduqlarını
etiraf ediblər. Əslində isə araşdırmaya qatılan qadınlardan yalnız
100-də 17%-i kök olaraq müəyyənləşdirilib.

Maraqlısı isə budur
ki, eyni araşdırma kişilər arasında da aparılıb və nəticə tam fərqli
olub. Belə ki, onların əksəriyyəti öz vücudundan razı olub və yalnız
6%-i arıq olduqları halda, aynada özünü kök görüb.

Qeyd edək ki,
həddindən artıq arıqlamaq anoreksiya xəsətliyinin yaranmasına səbəb
olur. Hətta öz formasını qorumağı qarşısına məqsəd qoyan bəzi modellər
də məhz bu xəstəlikdən dünyasını dəyişib.
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!