Mətbəxdən gələn gözəllik

Mətbəxdən gələn gözəllik
Gözəllik sirləri
10.09.2017 53
Çox ləzzətlə yediyiniz təzə tərəvəz və meyvələr həm də gözəllik gətirir. İlk olaraq orqanizminizi daxildən gözəlləşdirin, sonra da dəriyə qulluğa keçin.
Qadınlar.Biz saytı olaraq isə sizə gözəllik məhsullarının siyahısının təqdim edirik.

Kartof
– Çiy kartof dəridə peelinq vəzifəsini yerinə yetirməyə qadirdir.
Banan – Sevə-sevə yediyimiz və dadından doymadığımız meyvə olan bananın nəmləndirici təsiri çox böyükdür. Dəymiş bananı əzib üzünüzə vurmağınız kifayət edər ki, təsirini özünüz də görə biləsiniz.

Avokado
– Bu meyvənin nəmləndirici xüsusiyyətinin olmasını, yəqin ki hər kəs bilir. Ən quru dərini belə nəmləndirir və beləcə, istədiyiniz nəticəni ondan ala bilərsiniz.

Çay paketləri
– Səhər oyandığınızda gözünüzün altında şişkinliklər yaranırsa ilıq suya salınmış çay paketləri köməyinizə çata bilər. Onları gözlərinizin üzərinə qoymaqla bu proseduru həyata keçirə bilərsiniz.
Yulaf əzməsi – Ürək üçün faydası olan yulaf əzməsinin dəri üçün də böyük təsiri var. O dəriyə təravətlilik və  gözəllik qatır.
Mütəxəssislər dəri problemlərini aradan qaldıran maraqlı və effektli təkliflər irəli sürüblər. Belə ki, dəridəki məsamələri aradan qaldırmaq üçün limon və ananas suyu qarışığını dərinizə tətbiq edin.

Dərini təmizləmək üçün
isə alma sirkəsindən tonik kimi istifadə edə bilərsiniz.

 
 
 
 
 
 
 
Həddindən artıq həcmli saçı 2 damcı zeytun yağı ilə qaydasına sala bilərsiniz.

Ağız qoxusunu aradan qaldırmaq üçün
ilıq duzlu suyla qarqara edin və ağzınızı yaxalayın. Nəfəsinizi təmizləmək üçünsə limon suyu köməyinizə çatacaq.
Üzdəki sızanaqlardan şikayət edirsinizsə o zaman bal və duz qarışığını üzünüzə vurun və 10 dəqiqə gözləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!