Baharda necə gözəl görünmək olar?

Baharda necə gözəl görünmək olar?
Gözəllik sirləri
10.09.2017 12
Mövsüm dəyişən zaman dəriyə bir neçə qulluq etmək lazımdır. Süd maskası ilə dəriniz daha gözəl və parlaq olacaq.



Süd sağlamlığa xeyirli olduğu qədər, gözəlləşdirici təsirə malikdir.
Qədim Misir və Yunan mənbələrində, süd qadınlar tərəfindən dərini
gözəlləşdirmək üçün istifadə edilirdi. Kleopatra gözəl görünmək üçün süd
vannası qəbul edirdi. Yunanlı qadınlar isə qatıqdan istifadə edirdi.
Süddən yanıq müalicəsində də geniş istifadə edilib. Südün tərkibində
olan A, D və E vitaminləri ilə süd dərinin gənc qalmasını təmin edən
təbii nəmləndiricidir.



Romantik südlü və şokoladlı süd vannası

3 fincan süd

5 yemək qaşığı təzə doğranmış nanə

5 yemək qaşığı kakao

½ fincan qar];dal; nişastası

Bütün bu ərzaqları böyük bir qabın içərisində qarışdırın və bir vannaya tökün. Süd vannasının keyfini çıxarın…



Süd və bal ilə canlandırıcı maska

3 yemək qaşığı süd

3 yemək qaşığı bal

1 fincan yulaf

Bütün ərzaqları qarışdırıb macun halına salın. Təmizlənmiş üzünüzə bu
maskanı çəkin və barmaq ucları ilə masaj edin. Üzünüzü bir neçə dəqiqə
sonra ilıq su ilə yuyun.



Rahatladıcı losyon

1 ədəd çobanyastığı çiçəyi

2 yemək qaşığı bal

1 balaca xiyar

1 yemək qaşığı süd

Bir fincan çobanyastığı çayı hazırlayın və soyumağa qoyun.
Dilimlədiyiniz xiyarların suyunu çıxarın. Bal və südü xiyarın suyuna
əlavə edin. Əldə etdiyiniz losyonu pambıqla üzünüzə üzünüzə çəkin. Sonda
isə üzünüzə soyumuş çobanyastığı çayı ilə yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!