Yayda ayaqlara necə qulluq edilməli?

Yayda ayaqlara necə qulluq edilməli?
Gözəllik sirləri
10.09.2017 58
Ayaqda yaranan
problemləri aradan qaldırmaq artıq çox rahatdır. Gigiyenanın ən əsas
şərtlərindən biri ayaq baxımıdır və düşünüldüyü qədər də çətin deyil.
Evdə etməsi mümkün olan rahat üsullar sayəsində ayaqlarınız mütəxəssis
əlindən çıxmış kimi qüsursuz görünəcək. 



Barmaq araları da daxil olmaqla hər yeri yaxşıca qurulayın. Daha sonra nəmləndirici krem çəkin. 

Ayaq
dırnaqlarınızı düz yox, yumru kəsin. Dırnağın yanındakı ətləri isə
qətiyyən kəsməyin. Bu üsul dırnaqlarınızın daha çox uzanmasına səbəb
olur.

Ayaqlarınızı ilıq suda sabunlu su ilə
yuyun. Bunu etdikdən sonra soyuq su ilə durulayıb dəsmalla ayaq
barmaqlarınızın arasını da daxil olmaqla yaxşıca qurulayın. Daha sonra
nəmləndirici krem çəkin. 

Ayaqlarınızı daban
daşı ilə masaj edin. Bu daş ayaqların rahat təmizləməsinə yardım edir.
Ölü dərilərin vücudunuzdan atılmasına və dərinin rahat nəfəs olmasına
yardım edir. Bundan sonra ayaqları bir müddət isti suda saxlayın. Bu
üsul isə ayaqları yumşaldır. 

Ayaq biləyinizdən
başlayaraq dizə doğru masaj edin. Bu masaj qan dövranını sürətləndirir
ayaqlardakı şişləri və ağrıları yox edir. 

Yatmazdan
əvvəl ayaqlarınıza çəkdiyiniz nəmləndirici kremlərə diqqət edin. Barmaq
aralarına çəkməyin. Çünki nəmli qalan bu bölgələrdə göbələk xəstəliyi
yarana bilər. 

Yatmazdan əvvəl ayaqlara
nəmləndirici çəkdikdən sonra pambıq corab geyinin. Oyandığınız zaman
ayaqlarınızın da pambıq kimi yumşaq olduğunu görəcəksiniz. 

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!