İstifadə etdiyiniz parfum kilonuza necə təsir edir?

İstifadə etdiyiniz parfum kilonuza necə təsir edir?
Gözəllik sirləri
10.09.2017 5
İstifadə etdiyiniz ətrin kilo alıb-verməyə nə dərəcədə təsir etdiyiniz bilirsinizmi?

Yazın gəldiyi və yayın yaxınlaşdığı ərəfədə kişili, qadınlı hamı pəhrizə başlayır. Kalori hesabları və nə qədər meyvə-tərəvəz yemək lazım olduğu kimi suallar pəhrizə başlayanları ən çox düşündürən suallardır. Bəs, istifadə etdiyiniz parfümun də kiloya təsir etdiyini bilirsinizmi?

"Milyon dollarllıq burunlar” adı verilən və içində Burberry, Versace, Cartier, Givenchy, Chopard kimi bir çox markalar üçün parfum dizayn edən parfumürlər, bu mövzu ilə çox əhəmiyyətli məlumatlar verib. Andreas Wilihelm, "Əgər həm pəhriz saxlaylb, həm də portağal, berqamot kimi sitrus ailəsindən xam maddə tərkibli bir parfum istifadə edirsinizsə, kilo verməyiniz mümkün deyil” deyib.

Yaşıl alma kimi qoxular iştahanı azaldarkən, vanil, darçın və portağal kimi qoxular pəhrizin bir nömrəli düşmənidir.

Şokoladlı ya da meyvəli tort, isti çörək və ya sobadan yeni çıxan şirniyyatlar hamımızın iştahasını artırır.  Pəhriz saxlayanda isə bu kimi qoxulardan maksimum qədər uzaq durmaq lazımdır.

Parfümor Andreas Willhelm, "Çoxumuz fərqində olmasaq da, sevdiyimiz insanı qoxusu ilə xatırlayırıq... Yağış yağdığı zaman torpağın qoxusu ilə rahatlıq tapırıq. Hətta uşaq olarkən anamızı onun qoxusu ilə axtarırıq” deyib.

Willhelm, qoxunun pəhrizə çox ciddi təsir etdiyi ilə birlikdə, rənglərin də iştahanın artmasında böyük rolu olduğunu vurğulayıb.  Pəhriz saxlayanlar, vanil, darçın və  portağal kimi esansların və xam maddələrin olduğu parfümlərdən uzaq dayanmalıdır.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!