Qarının plastik əməliyyatı

Qarının plastik əməliyyatı
Gözəllik sirləri
10.09.2017 49
Qarnın plastikası -  qarın əzələlərinin və dərisinin tonusunun bərpasına və artıq piylərin yox edilməsinə yönəlmiş bir sıra cərrahiyə əməliyyatıdır. Bu vasitəyə müxtəlif səbəblərdən müraciət olunur. Qadınların illər keçdikcə əzələləri boşalır, dərilərində çatlar əmələ gəlir, doğuşdan sonra formalar itir. Qarın sallandıqdan sonra onu idmanla yığışdırmaq olmur, çünki əzələlər artıq boşalmış olur. Yeganə vasitə əməliyyatdır.
Qarnın plastikasının bir neçə növü var:
Tam abdominoplastika. Beli incəltməklə yanaşı göbəyin yerini dəyişmək və liposaksiya bura daxildir.
Qarnın ön divarının plastikası liposaksiya edilmədən göbəyin yeri dəyişdirilir).
Miniabdominoplasika (göbəyin yeri dəyişilmədən, qarnın aşağı hissəsinin deformasiyası zamanı qarnın ön divarının bərpası)
Endoskopik abdominoplastika ( doğum etmiş arıq qadınlarda əzələlərin yığılması, qrijanın aradan götürülməsi).
Bütün əməliyyatların göstəriciləri və əks göstəriciləri olur. Abdominoplastikanın məqsədi xəstənin istəyi ilə əzələ bərpasına və qarnın əvvəlki vəziyyətə qayıtmasına yönəlir.
Əməliyyatdan 2 həftə öncə siqareti, spirtli içkini atmaq məsləhət görülür. Tam abdominoplastika əməliyyatı 5 saat davam edir. Qarnın ön divarının plastikası 2-3 saat davam edir. Bu əməliyyat zamanı piy qatı ləğv edilir.
Miniabdominoplastika qarnın sallaqlığına qarşı yönəlir. Doğuşdan sonra sallanmış dərilər ləğv edilir. Əməliyyatdan sonra qalan kiçik çapıq izi alt paltarından heç bilinmir.
Endoskopik abdominoplastika 1-2 saat çəkir. Göbək nahiyyəsində edilən kiçik çapıq vasitəsilə qrıja (qarın yırtığı) ləğv olunur.
Əməliyyatlar sonrası reabilitasiya müddəti bəzən 4 həftə davam edir. Bu zaman korset taxmaq çox vacibdir. Əməliyyatın nəticəsi 2-3 ay sonra bilinir. Lakin bundan sonra qidanıza və idman məşqlərinizə xüsusi diqqət yetirməyiniz vacibdir.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!