Böyük sinəni gizləmək üçün məsləhətlər

Böyük sinəni gizləmək üçün məsləhətlər
Gözəllik sirləri
10.09.2017 68
Böyük sinələriniz varsa, əvvəl doğru bir büsthalter seçərək işə başlamalısınız. Sinələrinizi kiçik göstərəcək bir büsthalter işinizi asanlaşdıracaq.
Böyük sinəniz varsa, diqqəti sinələrinizdən başqa bölgələrə çəkmək üçün üst qisiminizə daha sadə, düz rənglərdə bluzlar seçməlisiniz. Dərin V yaxa tişörtler yerinə, çiyinləri açıqda buraxan qayıq yaxa bluzlar sizin üçün ideal modellərdir. Gövdənizi uzun göstərəcək paltarlar seçməlisiniz. Bunun üçün belinizin altında bitən üstlər seçə bilərsiniz.
• Qulağınıza diqqət çəkici sırğalar taxsanız, diqqət sinələrinizdən üzünüzə çəkilmiş olacaq. Qalın kəmərlərdən qaçmalısınız, çünki kəmərlər sinələrinizin ortaya çıxmasına səbəb olar.
• Çox dar bluzlar, böyük sinəlilər üçün səhv bir seçkidir.
• Ətək ya da şalvar seçkisində naxışlı modelləri seçməlisiniz. Beləcə gözlər sinələrə deyil aşağı tərəfə yönələr.
• Əsla böyük və dəbdəbəli boyunbağlar taxmayın.
• Qalın gövdənizi A şəklindəki ətək modelləri ilə tarazlayın. Bu tip ətəklərlə belinizə vurğular edə bilərsiniz. 
• Çox dar qələm ətəklər geyməkdən qaçın, çünki altınız çox dar olsa, üst bölgələrdəki çoxluqlar daha çox gözə dəyər.
• Cibli şalvarları seçim edə bilərsiniz. Qarşısında cibi olan şalvarlar göbəyinizdəki çoxluqları gizləyər, arxasında cibi olan şalvarlar isə diqqəti ombanıza çəkər. Ətəklərdə olduğu kimi şalvarlarda da çox dar modelləri geyməkdən qaçın.
• Sinələriniz üçün yığışdırıcı, sinələrinizi qucaqlayan, kiçik göstərən kupları geniş və bağlı büsthalterləri seçin.
• Paltarlar, tək parça olduğu üçün qüsurları saxlamaq ən ideal olanıdır. V yaxalı, ancaq diqqətləri dekolteyə çəkməyən paltarlar yaxşı bir seçim olacaq.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!