Ukrayna gözəlinin gözəllik və qulluq sirləri

Ukrayna gözəlinin gözəllik və qulluq sirləri
Gözəllik sirləri
10.09.2017 33
33 yaşlı Anini (əsl adı Karolinadır) «qığılcım», «od-alov»
adlandırırlar. Çox enerjili və gözəl olan bu qadının özünəməxsus sirləri
var. Oxumaqla kifayətlənməyin, əməl edin!

Bədən dərisinə qulluq


Səhərim mütləq kontrastlı duşla başlayır. Özü də bacardıqca soyuq su
ilə yuyunuram. Əgər yuxudan doymamışamsa, yarıyuxulu da olsa, duşa
girirəm, bərkdən oxuyuram, hətta qışqırıram. Dərhal adama enerji gəlir.
Mütləq həftədə birdəfə ballı-ərikli skrabla bədənimi sürtürəm. Hər dəfə
duşdan sonra bütün bədənimə yumşaldıcı krem çəkirəm.

Üzə qulluq


Heç vaxt üzünüzə tərkibi məlum olmayan kremlər, kirşanlar çəkməyin.
Hər axşam mütləq kosmetika qalığını silin, sonra yatın. Yoxsa səhər
üzünüz yorğun, tutqun, əzgin görünəcək. Üzə qulluğun 3 vacib şərti:
Üz və bədənə yaxşı pilinq edin ki, məsamələr açılsın.
Çiməndən sonra mütləq üz və bədənə nəmləndirici krem çəkin.
Göz üçün korrektoru yanınızdan əskik etməyin. Mən evdən gözümün
altına korrektor çəkmədən çıxmıram. Rejimim ağır, yuxumsa azdır.
Gözlərimin altını ancaq korrektor gizlədir.

Yuxuya qənaət etməyin!


Qadın nəyə qənaət edirsə etsin, yuxuya qənaət etməməlidir. İmkan
varsa, saat 11-də yatmağa gedin. Çünki o saatdan başlayaraq dəri
dincəlməyə, hüceyrələr yenilənməyə başlayır.

Gimnastikası


Evdə bu proqrama əməl edirəm: 50 dəfə ayaqlarım üçün hərəkətlər, 30
dəfə qarın presi. Yuxudan oyanan kimi yerimdəcə ayaqlarımı qaldırıb
endirirəm, ən azı 30 dəfə. Rəfiqəm mənə şpaqat açmağı öyrədib. Arada
əzələlərimi şpaqatla açıram. Gimnastikada nəticə onda olur ki, sən onu
hər gün edirsən və heç zaman unutmursan.

Pəhrizi


Qastrollarda, çəkilişlərdə qida rejimim pozulmuşdu, ayaqüstü, xüsusən
yatmazdan əvvəl yemək bədənimi əldən salmışdı. Özü də piylər həmişə
lazım olmayan yerlərdə yığılır. Hər bir qadın bilməlidir ki, o kökələndə
birinci və ən çox hansı nahiyəsi piy yığır?
Bunu bildikdə həmin nahiyəyə görə hərəkətlər tapmalıdır. Mən pəhriz
saxlamıram, məcbur olanda yağlı da yeyirəm, qazlı su da içirəm, şokolad
da dadıram. Bir qızıl qaydam var: heç vaxt doyana kimi mədəmi
doldurmuram.
Yatmazdan 3 saat əvvəl yemək yeyib, çayımı içirəm. Axşamlar su
içmirəm, yoxsa səhərə üzüm şişir. 30 yaşımdan idman zalına getməyə
məcbur oldum. Boyum balaca olduğundan çəkim də az olmalıdır. Hələ ki,
press və az yeməklə çəkimi saxlayıram.

Üz Maskası


Anamın məsləhət gördüyü resept superdir: təzə çiyələyi əzirsən, üzünə
çəkirsən. Bir də xiyar dilimləri… Mən onları yatanda da üzümə, gözümün
üstünə, hətta boynuma düzürəm. Nahaq yerə deməyiblər ki, boyun və əllər
qadının yaşını göstərir. Əllərə mum çəkməkdən ötrü də ürəyim gedir.

Dodaqlar qadinin yaraşığıdır


Əgər istəyirsiz ki, dodaqlarınız təravətli olsun, təmiz fırça götürün
və onu bala batırıb dodaqlarınıza sürtün. 20 dəqiqə saxlayın, sonra
balın qalığını salfetlə silin. Ağarmış, solğun dodaqları soyuq suda
islanmış yumşaq tüklü diş fırçası ilə masaj edin.
Evdən çıxmazdan əvvəl dodağınıza uşaq kremi və ya gigiyenik balzam
çəkin. Dodaqlarınızı qoruyun, çox ucuz dodaq boyası və parıltısı
almayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!