Gözəl və nəmli dodaqların sirri

Gözəl və nəmli dodaqların sirri
Gözəllik sirləri
10.09.2017 29
Vücud baxımını
əskiksiz etmək istəyirsinizsə, dodaqlara da qulluq etməlisiniz. Daima
nəmli, sağlam və baxımlı dodaqlara sahib olmaq üçün diqqət etməlisiniz.
Qadınlar çox nadir hallarda dodaqlarının qeydinə qalır, makiyaj edəndə
isə rənbərəng boyalarla dodaqları vurğulayır. Bəs makiyajlı və
makiyajsız dodaqları həmişə sağlam edən nədir? 


Su içmək – Suyun sadəcə dodaqlar üçün deyil, bütün vücud və orqanlar üçün
mükəmməl şəfa qaynağı olduğunu unutmayın. Dodaqlarda əmələ gələn çatlar
və qabıq verməsi az su içməyin göstəricisidir. Gün boyu su içməyə
tənbəllik edirsəniz və hər dəfə stəkana su tökməyə incinirsinizsə,
yanınıza su ilə dolu qab qoyun. Xüsusən də mövsüm dəyişdiyi zaman dodaq
baxımına daha çox ehtiyac duyulur. Hava soyuq olanda daha çox su için.


Günəşdən qoruma
Yay-qış fərq etmədən dəriniz və dodaqlarınız üçün günəş qoruma kremlər
alın. Dodaq dərisi olduqca incə və nazikdir, o bölgədə yağ hüceyrələri
yoxdur. Nəticə etibarı ilə günəşə məruz qaldığı zaman digər bölgələrə
nisbətdə daha çox mənfi təsirə məruz qalır. Müntəzəm olaraq dodaq kremi
çəkin. Gün boyu günəş altında olacaqsınızsa, tez-tez nəmləndirməyi
unutmayın. 

Pilinq – Dəriyə olduğu kimi dodaqlara da müəyyən müddətdən sonra pilinq edin.
Onun sayəsində dodaqlarınız yumşaq və qüsursuz olacaq. Eyni zamanda
dodaq boyası dodaqlarda təbəqə şəklində durmayacaq. Dodaqlara həftədə
bir dəfə zeytun yağı və şəkər qarışımı ilə pilinq edə bilərsiniz. Bu
qarışığı dodaqlara diş fırçasının yardımı ilə çəkin. Bu üsul həm
dodaqlarını nəmləndirəcək, həm də üzərindəki ölü dəridən təmizləyəcək. 

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!