Oyanan gözəl olmaq üçün

Oyanan gözəl olmaq üçün
Gözəllik sirləri
10.09.2017 10
Səhərlər tez yatmaq üçün bir işgəncə deyil, yenidən gözəlləşməniz üçün bir fürsət olsun. Unutmayın, oyandıqdan sonrakı bir saat gününüzün geri qalanını təsir edəcək. Buna görə etməniz lazım olan bəzi şeylər var.


 


Qoruyucu kremi unutmayın



Bəli, bəlkə bu anda günəş şüalarının sizi təsir etmədiyini düşünür ola bilərsiniz. Amma irəlidəki illərdə dərinizin deforme olmasını da istəməzsiniz deyilmi? 



Qoruyucu kremlər yalnız günəş vannası qəbul edərkən istifadə etməniz üçün deyil. Günəşin zərərli şüaları yolda gedərkən belə sizi tuta bilər. Bu səbəblə mütləq ən az 30 faktorlu bir krem istifadə etməlisiniz. Titanyum dioksit və ya sink oksid əsaslı kremləri seçməlisiniz.


 


Qəhvəni şişirtməyin



Ayılmaq üçün qəhvəyə ehtiyac hiss etməniz normaldır, amma unutmayın ki, qəhvə bədəninizin su itirməsinə səbəb olar, bu da birbaşa olaraq dərinizə təsir edər. Eyni zamanda çox kafenin təzyiqinizi və sinir sisteminizə təsir edər. Səhərlər bir fincan qəhvə sizin üçün kafi olacaq.


 


Su için



Dərinizi nəmləndirmənin ən təsirli yolu su içməkdir. Səhərlər ən az bir stəkan su içməlisiniz. Suyunuzun içinə bir miqdar limon sıxmanız da dərinizin kolajen ehtiyacını qarşılamanıza köməkçi olar.


 


Naharı keçirməyin



Nahar etmədən çıxmanız enerji səviyyənizi salar və maddələr mübadiləsinizi yavaşladar. Əgər yorğun görünürsünüzsə, heç bir makiyaj vəsaiti sizi xilas edə bilməz. Təbii naharda nə yediyinizə də diqqət etməlisiniz. Şəkərli yeməklərin dərinizdə qırışıqlıqlara yol aça biləcəyini unutmayın. Zülal və lifli qida ağırlıqlı qidalanmağa çalışın. Şirin ehtiyacınızı meyvəli qatıqlarla qarşılamağı yoxlayın.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!