Qırış əlehinə 6 qızıl qayda

Qırış əlehinə 6 qızıl qayda
Gözəllik sirləri
10.09.2017 21
Qırışlar yaşlanmağın qaçılmaz bir hissəsi və bir neçə faktorun
nəticəsidir. Gülən və qaşqabaqlı olan zaman, həmçinin soyuq havalarda
qırışlar və kiçik xətlər yaranır.



Qırışlara qarşı mübarizə aparmaq üçün 6 qızıl qaydaya əməl edin. 



Soyuqdan qoruyun

Soyuq havalarda bayıra çıxmazdan əvvəl nəmləndirici kremlər çəkin.
Dərisi quru olanlar isə tərkibində bitki yağı olan kremlər çəkməlidir. 



Günəşdən qoruyun

Dərini günəşli havada müdafiəsiz buraxmayın. Günəş şüaları dəridə erkən
qırışların və ləkələrin yaranmasına səbəb olur. SPF qoruyucu olan günəş
əleyhinə kremlər istifadə edin. 



Nəmləndirin

Yaş artdıqca dəri quruyur və nəmini itirir. Nəmin olmaması isə dəridə
qırışların yaranmasının ilkin səbəbidir. Hər gün bol su qəbul edin.



Gecə qulluğu

Gecə yatmazdan əvvəl dəridəki makiyajı sildikdən sonra sakitləşdirici
krem çəkin. Bu kremlər dərinin daha güclü və gənc qalmağına səbəb olur. 



Vitamin qəbul edin

 E və C vitaminləri ilə zəngin olan antioksidant xüsusiyyəti olan
məhsullar seçin. Bu vitaminlər dərinin qırışlanma sürətini azaldır. 



Yeməklərinizə diqqət edin

Meyvə tərəvəz qəbul edin, nizamlı şəkildə yatın və stressdən uzaq
durmağa çalışın. Çünki stress də dəridə vaxtsız və qəflətən qırışların
yaranmasına gətirib çıxarır.

Yuxarıda sadalananların hamısına əməl etsəniz, dəriniz çox cavan və sağlam görünəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!