Qaş tökülməsinə qarşı çarə

Qaş tökülməsinə qarşı çarə
Gözəllik sirləri
10.09.2017 7
Qaş
tökülməsinin qarşısını almaq və tökülən qaşları bərpa etmək olar. Qaş da
eyni ilə gözlər kimi qadının simasına, baxışlarına dərin məna verir.
Ancaq qadınlar bəzi səbəblərdən dolayı qaş tökülməsi halları ilə
qarşılaşırlar. Hər xəstəliyə ciddi şəkildə təsir edən stress də bunların
başında gəlir. Qalıcı makiyaj etmək, qaşın pis alınması, immunitent
sisteminin zəifləməsi, tiroid çatışmazlığı, hormon pozğunluğu,
infeksiyalar, qaşları sərt şəkildə ovmaq və genetik faktorlar da qaş
tökülməsinə səbəb olan faktorlar arasındadır. 




Qaş
tökülməsinin qarşısını almaq üçün stressdən hər zaman uzaq durmaq və
qidalanmaya diqqət etməlisiniz. Qaşlarınız tökülübsə, onları bərpa etmək
mümkündür. Qaşları həm tibbi, həm də təbii yolla çoxaltmaq olar.
Qaşları təbii üsulla bərpa etmək uzun vaxt alır. Bunun üçün səbrli və
təmkinli olmaq şərtdir. Qaşları təbii üsulla uzatmaq üçün ehtiyacımız
olan tək şey bitki yağlarıdır. Badam və hind yağı da tüklərin yenidən
çıxmasına yardım edir. 



Zeytun və buğda yağı da
tük köklərini möhkəmləndirən vasitələr arasındadır. Gecə yatmazdan
yarım saat əvvəl pambıq, ya da qulaq təmizləyən pambığın yardımı ilə
qaşınıza bu yağlardan birini çəkin. Bir neçə həftədən sonra təsirini göz
önündə olacaq. 



Hər gün yatmazdan əvvəl qaşı masaj edərək vazelin, yada krem çəkin. Zəifləyən tük köklərini möhkəmləndirir.



Tibbi
üsul qaş əkilməsidir. Qaş əkilməsi daha çox tüklər tamamilə töküldükdən
sonra tətbiq edilir. Bu üsul tətbiq edildiyi zaman qıl köklərini
oyandırmaq üçün kotizon dərmanlar istifadə etmək lazım ola bilər.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!