Ziyafət geyimi necə seçilməli?

Ziyafət geyimi necə seçilməli?
Gözəllik sirləri
10.09.2017 7
Hər bir qadın diqqət çəkmək və gözəl görünmək üçün müxtəlif üsullara
əl atır və istəyinə hər hansı bir yolla çatmağa çalışır. Baxımlı
görünmək xanımlar üçün həqiqətən də çox önəmlidir. Həmcinslərindən hər
zaman fərqlənməyə çalışan xanımlara mütəxəssislər ziyafət geyimi seçimində bəzi məsləhət veriblər.
Ən uğurlu ziyafət geyimi məhz dəri rənginə uyğun seçiləndir.
Gözəl görünüş əldə etmək arzusundasınızsa o zaman dəri rənginizi
bilməli və ona uyğun olanı geyinməlisiniz. Dəri rəngi deyiləndə gözlərin
və saçın da rəngi bura aiddir. Qara saçlı buğdayı xanımlara demək olar
ki, bütün rənglər yaraşır. Onlar ağ və qıpqırmızı rənglərə üz tutsalar bu uğurlu seçim hesab edilə bilər.
Dərisi açıq rəngli olan xanımlar paltar seçimi edərkən saçın rənginə
mütləq diqqət yetirməlidirlər. Sarışınlara çəhrayı rəngin bütün tonları
yaraşır. Onlar çox açıq rənglərdən qaçmalıdırlar.
Açıq dərisi olan və qırmızı saça sahib olan xanımlar açıq yaşıl,
sarının tünd tonları, mərcan və boz tonlarını seçə bilərlər. Buğdayi və
sarışınlar çəhrayı və açıqmavi rənglərdən istifadə etsələr bu onlara çox
gözəl yaraşar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!