Validə Abbasovanın cavan qalmağının sirri bilindi

Validə Abbasovanın cavan qalmağının sirri bilindi
Gözəllik sirləri
10.09.2017 20
Model Validə Abbasova hər zaman gənc qalmağının sirrini açıb.



"Miss Millenium” gözəli açıqlamasında sağlam qidalardan istifadə etdiyini deyib:



"Heç
vaxt pəhriz saxlamıram. Dadlı yeməklərdən, sağlam qidalardan, müxtəlif
ölkələrin mətbəxindən zövq almağı sevirəm. Yemək mədəniyyətində hər
zaman bu ifadəni yadımda saxlayıram: görünüş və miqdar. Yeməyin qədərinə
fikir verərək xeyirli qidanın ziyanlı  olmamasını balanslaşdırıram.
Dərimə hər zaman qulluq edirəm. İstifadə etdiyim kremin bahalı yaxud
ucuz olmasının fərqi yoxdur.  Əsas odur ki, təravətləndirsin, yumşaltsın
və təzə olsun. Amma bədənim üçün yalnız bahalı brendlərin
losyonlarından istifadə edirəm. Mənim üçün gözəlliyin sirri – gözəl
olmağı arzulamaq, sevgi, zövq və xasiyyətindəki romantiklikdir. Bu,
insanın qəlbinin gözəl olması, ətrafındakılara mülayim davranmasından
irəli gəlir”.



Validə Abbasova deyib ki, heç vaxt idmanla məşğul olmur:



"Amma
təbiət qoynunda gəzməyi xoşlayıram. Rəqs etməyi sevirəm. Saatlarla
dayanmadan rəqs edirəm. Musiqi və xoş insanlar mənə enerji verir. Gözəl
şəhərlərdə, dənizdə və kəndlərdə gəzməyə üstünlük verirəm”.



Validə Abbasovanın cavan qalmağının sirri bilindi
 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!