Füsunkar fransız qadınlarının gözəllik sirləri

Füsunkar fransız qadınlarının gözəllik sirləri
Gözəllik sirləri
10.09.2017 14
Avropanın ən baxımlı və zərif qadınları kimi tanınan fransız qadınlarının sizcə, gözəlliklərinin sirri nədədir?



Fransız
qadınlarına çoxumuz heyranlıqla baxırıq. Onlara baxanda saçlarına və
dərilərinə özünəməxsus gözəllik sirləri və texnikaları olduğu görünür.
 Yataqdan qalxdıqda belə gözəl görünən bu qadınların sirri nələrdir?
Fransız qadınları kimi qüsursuz dəriyə, saça və stilə yiyələnmək üçün bu
məsələlərə xüsusi diqqət etmək lazımdır.




Dəriyə masaj edin – Fransız qadınları makiyajdan əvvəl, dəriyə lasyon və nəmləndirici
çəkirlər. Dərinin parlaq və elastik görünməsi üçün nəmləndirici çəkəndə
həm də masj edirlər. Belədə dəri nəmləndiricini daha rahat əmir. 



Makiyajla yatmamağa çalışın
Fransız qadınları təbii makiyajın tərəfdarıdır. Fransız qadınları
gündəlik makiyajda bizim qadınlar kimi ağır makiyajı sevmir. Gündəlik
makiyajda bir azca ənlik və dodaq boyası istifadə edirlər. Xüsusən də
açıq qırmızı dodaq boyası onlar üçün əvəzolunmazdır. Dərilərini
makiyajdan maksimum dərəcədə qorumağa çalışırlar. Sadəlikləri ilə göz
qamaşdıran fransız qadınları gecə makiyajla əsla yatmazlar. Makiyajı
təmziləmək onlar üçün ənənəvi işdir. 



Termal su ilə dərini təravətləndirin – Fransız qadınları üz dərisində qan dövranını sürətləndirmək üçün
termal su işlədirlər. Termal sular dərini nəmləndirmək və
təravətləndirmək qabiliyyətinə sahibdir. Bu baxımdan termal sular dəri
üçün olduqca effektli vasitədir. 



Üzü çox yumayın – Fransız qadınları hesab edir ki, üzü tez-tez yumaq dərinin yağ və nəm
balansını pozur. Buna görə də gün ərzində üzlərini çox az yuyarlar.
Axşamlar isə dəri tipinə uyğun tonik və kremlə dəri təmizliyi edirlər.
Fransız qadınlarını nümunə götürərək hər gecə siz də nəmləndirici
serumlar və toniklər çəkin. 



Ölü hüceyrələri təmizləyin – Fransız qadınları ölü hüceyrələrdən xilas olmaq üçün dərini
korlamayan formada kosmetik süngər işlədirlər. Qabıq verən dəriyə isə
maska hazırlayırlar. Dərinin üst təbəqəsində yığılan ölü hüceyrələrdən
xilas olmaq üçün fransız qadınları kimi süngərdən istifadə edin. 



Təbii saçların sirri – Baxımlı görünən və par-par parıldayan saç qadının gözəlliyini ön
plana çıxaran ən əhəmiyyətli vasitədir. Fransız qadınları saçları üçün
kosmetik məhsulları işlətmək yerinə, ən təbii vasitələri məhsullarla
təmizləyirlər. Təmizlədikdən sonra saçın öz nəmini qorumaq üçün fendən
istifadə etmirlər, təbii şəkildə qurudurlar. 



Sağlam qidalanın – Fransız qadınları gözəlliyini qorumaq üçün sağlam qidalanmağın mütləq
olduğunu düşünürlər. Sağlam qidalanmaq sağlam yaşamaq, sağlam dəri və
sağlam saç deməkdir. Vücuddakı hüceyrələri normya salmaq və balansını
qorumaq üçün karbohidratlar, proteinlər, minerallar və vitaminlərdən
bol-bol istifadə edirlər. Sağlam qidalanma ilə yanaşı, hərdən bir şərab
da içirlər. 



Gözəlliyinizin qeydinə qalın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!