Gözəl dərinin sirri qırmızı ətdədir

Gözəl dərinin sirri qırmızı ətdədir
Gözəllik sirləri
10.09.2017 19
Ətin saç, dəri və dırnaq sağlamlığı baxımdan son dərəcə faydalı olduğunu bilirdinizmi? 
Saç, dəri və dırnaq sağlamlığı üçün ən faydalı qidalar arasında yer alan qırmızı ət A, D və B12 vitaminləri ilə zəngindir. Qırmızı ət həftədə ən az iki dəfə yeyilməlidir. 



Qırmızı
ətdə olan keyfiyyətli protein, eyni zamanda saç tellərini və dırnağı
əmələ gətirən keratinin də tərkibində var. Yəni, ət hüceyrələrin
inkişafı üçün ən lazımlı maddələrdən biridir. lazımi qədər ət yeməyən
insanlar saç və dırnaq sağlamlığını itirir. Dərisi isə sağlam görünmür. 



Dəmir
əskikliyi saç tökülməsinə səbəb olur. Qırmızı ət həm də dəmirlə zəngin
olduğu üçün saç tellərinin böyüməsi, sağlam və dayanıqlı olmasında da
rol oynayır. Dəmir əskikliyi yaşayan insanlarda saç tökülməsinə,
dırnaqların qırılması kimi hallara daha çox müşahidə olunur. 



Ət
dəmirdən başqa sink baxımından da zəngindir. Sink də saçların və
dərinin sağlamlığını təşkil edən amillərdən biridir. Sink əskikliyi
saçların uzanmasını yavaşladır, hətta saçların tökülməsinə də gətirib
çıxarır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!