BB kremlərinin faydaları və zərərləri nələrdir?

BB kremlərinin faydaları və zərərləri nələrdir?
Gözəllik sirləri
10.09.2017 7
Gözəllik və
baxım kremləri gündən-günə artır. Kosmetika sahəsində bomba təsiri
yaradan BB kremləri də son zamanlar qadınlar aarasında yaman dəbə minib.
Bəs bu BB kremləri nədir? BB kremlərinin hər hansı zərərləri varmı? 




BB
kremləri ilk olaraq Almaniyda bir dermatoloq tərəfindən məlhəm kimi
hazırlanıb, lakin daha sonra Asiyda və xüsusən də Şimali Koreyada bu
kremlər inkişaf etdirilib və kosmetika sahəsinə bomba kimi düşüb.
Hazırda isə dünyanın bütün ölkələrində ildırım sürəti ilə satılır.



Asiyalılar
illərdir ki, bu kremlərdən istifadə edir və dərilərinin qüsursuz
olmasını BB kremlərinə borcludurlar. BB kremləri həm nəmləndirici, həm
də müalicəvi xüsusiyyətlərə malikdir. Bundan başqa dərini qidalandırır.
Üstəlik gecə yatmazdan əvvəl təmizləməyi unutsanız da, dəriyə zərər
vermir. 



BB kremləri nədir? 
BB
krem = Qırışları örtən və azaldan + günəş qoruyucu, sızanaqları örtən +
ləkələri gizlədən + təbii tonlaşdırcı + güclü qidalandırıcı və
nəmləndirici + parladıcı kimi mükəmməl xüsusiyyətlərə malikdir. Bu
xüsusiyyətlərin hamısı bir yerdə toplandığı üçün ona "All in one”
kremləri də deyilir. Yəni, hamısı bir yerdə. 



Qalıcı
xüsusiyyətlərə malik olduğu üçün gün ərzində bir neçə dəfə makiyajı
təzələməyə ehtiyac yoxdur. Axşam təmizləməsəniz belə, dərini korlamır.
Əskisənə, dərini qoruyur və gözəlləşdirir. 



BB kremlərinin faydalarını bu şəkildə sıralamaq olar:


Dərini 24 saat nəmləndirir. 
Kremin tərkibində olan mineral piqment ləklərini çəkildiyi anda tonunu dəyişdirir. 
Dəridəki cizgiləri və incə qırışları gizlədir. 
Tərkibindəki  C vitamini sayəsində dəriyə təravət və parlaqlıq bəxş edir. 
15 faktorlu qoruyucu xüsusiyyəti ilə dərini günəşin mənfi zərərlərindən qoruyur.

Günəş
şüuları dərinin yaşlanmasını sürətləndirir. Lakin BB kremlərinin bu
qədər faydasını görüb aldanmaq lazım deyil. Hər nə qədər faydalı və
mükəmməl xüsusiyyətləri olsa da, nəticə etibarı ilə BB kremləri rəngli
nəmləndiricidir və əsl nəmləndiricinin yerini verə bilməz. Yaşlanmanın
qarşısını almaq üçün hədsiz isti günlərdə hər gün evdən çıxmazdan əvvəl
günəş qoruyucu krem çəkməyi unutmayın. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!