Dünya ulduzlarının gözəllik sirrləri

Dünya ulduzlarının gözəllik sirrləri
Gözəllik sirləri
10.09.2017 61
Dünya ulduzlarının gözəllik sirləri bir çox qadınları maraqlandırır.



Qadinlar.Biz cəzibədarlığı ilə göz qamaşdıran məşhurların məsələhətlərini sizə təqdim edir.



Dəniz Səki



Türkiyəli müğənni Dəniz Səki gözəlliyini qorumaq üçün həftədə bir dəfə
xüsusi maska ilə dərisinə qulluq edir. Türk qəhvəsi içməyi xoşlayan
Dəniz qalığını atmır və onu üzünə maska kimi istifadə edir. Qəhvənin
dərini qidalandırdığını deyən müğənni qüsursuz cildə məhz bu maska ilə
nail olur.



Aydan Şener



Çalıquşu” serialı ilə
sevilən türkiyəli aktrisa Aydan Şenerin gözəllik sirrinə gəlincə, o, adi
günlərdə daha çox makiyajdan uzaq durmağa çalışdığını deyir. Aktrisa
təbii üsullarla gözəlləşməyin tərəfdarı olduğunu söyləyir. Tez-tez təbii
maskalardan yararlanan Aydan Şener cəfərini qaynadaraq onun suyundan
tonik kimi istifadə edir.



Pınar Altuğ



"Çocuklar
duymasın” serialı ilə hər kəs tərəfindən sevilən türkiyəli aktrisa Pınar
Altuğ gecələr yatmazdan əvvəl kirpiklərinə badam yağı sürtür. Üzünün
dərisini təravətli saxlamağa çalışan gözəl xanım tərəvəzlərdən maskalar
hazırlayır və dərinin təmizliyini qorumaq üçün gül suyundan istifadə
edir.



Çağla Şikəl



Türkiyəli müğənni Emrə Altuğun
həyat yoldaşı model Çağla Şikəl gözəlliyinin sirrini suda görür. Hər gün
davamlı olaraq yuyunduğunu deyən Çağla qadınlara bir sıra məsləhətlər
verib: "Mən də əksər xanımlar kimi arada yeni çıxan kremlərdən
yararlanmağa çalışıram. Doğrudur, faydasını gördüklərim də olur, amma
mən suyun həyat olduğuna inanıram. Gündə iki dəfə yuyunuram və 2 litr su
içirəm. Gözəlliyimin sirrini də bunda görürəm”.



Ketrin Zeta Cons



Ketrin
Zeta Jons dişlərinin ağappaq görünməsinə görə, çiyələyə borclu olduğunu
deyir. Çiyələkdə olan maddələr parıldadıcı və təmizləyici xarakterə
malikdir. Bu xüsusiyyətlər almada da mövcuddur.



Culiya Roberts



Məşhur
aktrisa əl və ayaq dırnaqlarına zeytun yağının köməyi ilə qulluq edir.
Mütəxəssislərin rəyinə əsasən, zeytun yağının tərkibində olan Omega 9, E
və K vitaminləri əllər və dırnaqlar üçün çox faydalıdır.



Sindi Krouford



Dərisinin
yumşaqlığını və nəmliyini qorumaq üçün Sindi Krouford üzünü təmizləmək
üçün istifadə etdiyi suya bir az süd əlavə edir. Südün tərkibində olan
protein və vitaminlər dərinin nəmləndirilməsində əvəzsiz rol oynayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!