Yaşınızı gizlətmək istəyirsinizsə, gülməyin

Yaşınızı gizlətmək istəyirsinizsə, gülməyin
Gözəllik sirləri
10.09.2017 4
Qırışlardan azad olmaq istəyənlərə



Yaşımız
ötdükcə burun və ağzımızın kənarlarında yaranan cizgilər bizi yaşlı
göstərir. Nazolabial, yaxud Marionette adıyla tanınan bu cizgilər
üzümüzün elastikliyinin, yağlığının azalması, günəşin zərərli təsiri
nəticəsində, bəzi hallarda isə genetik olaraq yaranır. Dərin
qırışlarınızı gizlətmək üçün bir çox seçimləriniz var. Bunlardan biri də
yağ inyeksiyasıdı. Yüngül cizgi və qırışlara sahib olan gənc qadınlar
isə turşu əsaslı dolduruculardan istifadə edə bilərlər. Bu
doldurucuların da təsir müddəti 10 ay çəkir. 50-60 yaşlarında olan
qadınların üzlərində yağ azaldığından dəri aşağıya doğru sallanır və
qırışlar daha dərin görünür. Bu cür xanımlar isə dərini sıx
möhkəmləndirən dolduruculardan istifadə edə bilərlər. Bu doldurucular
sayəsində üz həcm qazanır, qırışlar da yavaş-yavaş aradan qalxır.
Qırışların yox edilməsində yağ transferi çox kömək edir. Belə ki,
bədənin digər hissələrindən yağ götürülüb qırış nahiyələrinə iynə ilə
doldurulur. Bununla da qırışlardan azad ola bilərsiniz. Dərinin
elastikliyini artıran kremlərdən istifadə edin. Botulinium A inyeksiyası
vasitəsilə qırışlarınızdan qısa müddətlik  azad ola bilərsiniz. Bəzi
xanımlar qırışlardan azad olmaq üçün dərilərini dartdırır, yağ
inyeksiyası elətdirirlər. Bunun sayəsində qırışlarınızdan birdəfəlik
azad olmaq mümkündür.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!