10 yaş daha gənc görünməyin yolları

10 yaş daha gənc görünməyin yolları
Gözəllik sirləri
10.09.2017 89
Kim 10 yaş daha gənc görünmək istəməz ki?



Heç nə sizi başdan ayağa bir modelyerdən geyinmək qədər və dəli
görünmək üçün üzərində çox əlləşmiş qədər yorğun və əzgin göstərə
bilməz. Başdan ayağa çanta, ayaqqabı və bütün geyimləri bir mağazadan
geyinmiş qadın görsəniz, 60 yaşdan yuxarı olduğuna dair bəhsə girə
bilərik. Çünki onun mağazaları gəzməyə həvəsi olmur.  Alış-verişi bir
mağazadan etməyə üstünlük verir. Qüsursuz göürünsə də, ona qətiyyən gənc
və modern demək olmaz. Pullarınızı ancaq bir modelyerə xərcləmək sizi
yaşlı göstərir çünki stilinizi məhdudlaşdırır. Bu qonaq getidyiniz bir
evin bütün mebellərinin və əşyalarının eyni mağazadan alınmasına
bənzəyir. Kataqloqdakı evlərə bənzəyər. Əlbəttə ki, evi katolqadakı kimi
dekorasiya etməkdə heç bir səhv yoxdur, lakin bu zaman stilinizə və öz
fikirlərinizə yer verməmiş olursunuz. 




Stilinizi yaradın! 
Modern və eleqant, heç kimin ağlına gəlməyən kombinasiyalar
seçməklə şəxsi stilinizi yarada bilərsiniz. Buna görə də dəst geyimləri
ağlınızdan çıxarın. Başdan ayağa bir-biri ilə uyğun olan geyimlər
almaqdan vaz keçin. Bunun əvəzinə bu gün dəbdə olan bir neçə detal alın.
Rənglərini və stilinə görə qarderobunuzda digər geyimlərlər kombinasiya
edin. 



Geyimləri rənglərinə görə seçin 
Dolabınızdakı geyimləri bir-birindən rahatlıqla ayıra bilmək üçün
rənglərinə görə düzün. Mağazada satılan geyimləri yadınıza salın.
Oradakı kimi eyni rəngli geyimləri səliqəli ilə qarderobunuza yığın. 



Uzun jiletlər pencəyi əvəzləyir 
Bu dəyişik stildir və qəlib olmaq deyil. Özünə inanan və stil
sahibi olmaq istəyən qadın uzun jiletin pencəyi əvəz etdiyini və hər
dolabda olması gərəkdiyini bilməlidir. Eleqant görünmək üçün çox
əlləşməyin çünki yaşlı görüntüdən başqa heç nə əldə etməyəcəksiniz.  



Demode qaydalardan xilas olun və yenilərinə alışın 
Yeni dəb qaydalarını öyrənməzdən əvvəl köhnə klişeləri hafizənizdən
silin. "Ayaqqabılarınızı çanta ilə uyğunlaşdırın” kimi demode qaydaları
unudun getsin. Köhnə qaydaları silmək çətin olsa da, yeniliyi öyrənmək
lazımdır. Bəlkə də dolabınızda kəşf etmədiyiniz nə qədər geyim var.
Belədə lazımsız yerə pul xərcləməyəcəksiniz. Yeni qaydaları təqib
etdiyiniz müddətdə daha az geyim alıb, qarderobunuzdakı geyimləri daha
çox geyinmiş olacaqsınız. Modelyerlə artıq "Artıq heç bir qayda yoxdur”
deyə bar-bağırır. Əslində, bunu deyərkən dürüst olmurlar. Köhnə qaydalar
gedir, onların yerini yeniləri tutur. 



Köhnə qaydalar
Çanta həmişə ayaqqabı ilə uyğun olmalıdır.
Qışda ağ geyinmək olmaz. 
Qara rəngli geyimi göy rənglə uyğunlaşdırmaq olmaz.
Qaranın müxtəlif tonlarını bir yerdə istifadə etməyin. 
Bir geyimdə iki ayrı-ayrı modelləri istifadə etməyin.
Metalik detallar ancaq gecə üçün nəzərdə tutulub.
Günlədik geyimlərdə zərgərlik əşyaları işlətməyin. 
Cinslər ancaq gündəlik üçün nəzərdə tutulub.



Yeni qaydalar 
Dəst geyim sizi yaşlı göstərir. 
Qışda da açıq rənglərə müracitə etməklə çox eleqant görünə bilərsiniz. 
Qaranı göy və qəhvəyi rənglərlə qarışdıra bilərsiniz. 
Tonlarından asılı olmayaraq, qaranı qara rənglə uyğunlaşdırıb geyinə bilərsiniz. 
Metal detallar gündəlik üçün də olduqca əlverişlidir. Bu artıq yeni təbiilik sayılır.
Ayaqqabılar dəri rəngi ilə eyni ola bilər. 
Cinsləri gecə dəvətlərində geyinmək olar. Hətta son dərəcə çəkici görünür. 
Gündəlik geyimlərlə də artıq qızıl, gümüş işlədib sadə və zərif görünə bilərsniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!