Kirpikləri təbii yolla uzun və buruq göstərməyin yolları

Kirpikləri təbii yolla uzun və buruq göstərməyin yolları
Gözəllik sirləri
10.09.2017 187
Buruq kirpiklər gözlərin daha iri görünməsini təmin edir və qadını daha xoşagəlimli edir. 


Kirpikləri burmaq üçün ilk ağla gələn tuşlar olur. Kirpiklərin burulması üçün isə fırçanın hansı formada olması vacibdir. 


Kirpik buran 
Kirpik buranlar kirpikləri burmaq üçün ən ideal vasitədir. Lakin kirpik buran alarkən bir neçə məsələyə diqqət edilməlidir.
Tanınmış markaların kirpik buranları alın. 
kirpik buranda olan rezinə diqqət edin. Çox sərt olarsa, kirpikləri qırar. 
Kirpik buranı maqqaş kimi tutun. Sonra tamamilə açən və üst kirpiyə yerləşdirin. 
Mümkün olduğu qədər kirpik didibdən tutmağa çalışın. 
Ardından yavaşca bağlayın və astaca sıxın. 
Alt kirpik üçün isə orta yerləşdirin. Bu sayədə aşağı doğru bura bilərsiniz.
Kirpik buranı saç qurudan fenə tərəf tutun və bir neçə dəqiqə saxlayın. Bu zaman kirpiklər daha yaxşı burulur. 
Kirpik buranlar hər zaman yanınızda olmaya bilər. Belə hallarda
əllərinizi ovuşduraraq barmaq uclarını isidin və kirpiklərin üstünə
basın. 



Göz oxşayan və uzun kirpiklər bütün qadınların arzusudur.
Qadınların çoxu kirpiklərin tökülməsindən və bu gözəlliyi itirdiyindən
şikayətlənir. Lakin sağlam kirpiklərə sahib olmaq isə əslində çox
sadədir!


Badam yağı badamdan əldə edilən təbii bir yağdır. Aromaterapiya
və masajda tez-tez istifadə edilər. Badam yağı yağ turşuları baxımından
olduqca zəngindir və bu sayədə kirpiklər üçün nəmləndirici funksiyanı
yerinə yetirərək qırılmalara mane olar. Nəmlənən kirpiklər daha tez
uzanar və parlaq olar. Badam yağı kirpiklərə gecə yatmamışdan əvvəl
tətbiq olunmalıdır. Gözlər ilk olaraq makiyajdan təmizlənməlidir. 1-2
damla bəs olacaq. Gözünüzə badam yağı dəyməsin və kirpiklərinizə
barmaqlarınız və ya pambıqlı çubuq köməyiylə tətbiq edin. Təxminən 4-6
həftədən sonra  dəyişikliyi görəcəksiniz.


Badam yağını sərin yerdə saxlayın. İşıq və istidə pozula bilər.
İlk dəfə açılanda şüşəni 1 il ərzində pozulmadan qala bilər ancaq yaxşı
mühafizə edilməlidir. Badam yağıyla əldə etdiyiniz kirpiklərinizə
bilmədiyiniz və güvənmədiyiniz tuj, göz qələmi kimi makiyaj
vəsaitlərindən çəkməyin. Mümkünsə təbii məhsullar seçməyə diqqət edin.
Ucuz makiyaj məhsullarından istifadə etməyin. Beləcə təsiri çox daha
uzun, davamlı olacaq və kirpiklərinizin təbii quruluşunu qorumuş
olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!