Viktoriya Bekhem seksuallığının sirrini açdı

Viktoriya Bekhem seksuallığının sirrini açdı
Gözəllik sirləri
10.09.2017 14
4 uşaq anası modelyer Viktoriya Bekhem hər zaman cazibədar görünüşü ilə göz qamaşdırır.



Fransanın "Closer” jurnalına müsahibə verən ulduz gözəl bədənə sahib olmağın sirlərindən danışıb:

 

"Nizamlı olaraq idman edirəm. Həftədə demək olar ki, 6 dəfə idmanla məşğul oluram. Həm seksuallığımı qoruyuram, həm də daha sağlam görünüşə sahib oluram”.

Həftənin 6 günü 10 km qaçdığını söyləyən Viktoriya ağırlıq qaldırmaqla da gözəlliyinə gözəllik qatır.



Yediyi qidalara gəlincə, modelyer çörək və düyüdən imtina etdiyini söyləyib: "Boşqabıma ən çox yarısını dolduracaq qədər yemək qoyuram. Bu formamı sağlamağım üçün mənə kömək olur”."



Dərisinin gözəlliyinə də xüsusi qayğıyla yanaşan Bekhem bütün fəsillərdə üzünə kremlərlə qulluq etdiyini və gözlük taxdığını deyib. O, vurğulayıb ki, həftədə 2 dəfə üz masajı etdirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!