İdeal çəkiyə sahib olmaq üçün nə etmək lazımdır?

İdeal çəkiyə sahib olmaq üçün nə etmək lazımdır?
Gözəllik sirləri
10.09.2017 46
İdeal çəkiyə çatmaq bəzən ağrılı və çətin olur. Həftələrlə davam
edən pəhrizlər, ağır fiziki hərəkətlər heç də həmişə istənilən nəticəyə
gətirib çıxrmır.
Bəzən isə əziyyətlə bərabər, həm də depresiyada yaranır. Sizlərə ideal çəkini əldə edib qorumağın 10 yolunu təqdim edirik:

Yavaş və yaxşı çeynəyin
Toxluq hissi yeməkdən 20 dəqiqiə sonra beyinə siqnal vasitəsilə
ötürülür. Tez-tez yeməyə fasilə verin. Tikələri yaxşı çeynədikdən sonra
udun.

Boşqabı balacaladın
Plov, makaron kimi xəmir xörəkləri qabınızı kiçildin. Bu sizə daha az
yemək yeməyə imkan verəcək. Balaca qabdakı yemək gözündə doymasına
səbəb olacaq.

Su için
Su içməyi əsla saxlamayın. Günlük su təlabatı 1,5-2 litrdir. Yüngül
aclıq hiss edəndə xırda yeməklər yerinə su için. Suyun tox saxlamaq
özəlliyi olduğunu unutmayın.

Yemək yerinə idman
Əsəb,stres,depresiya kimi vəziyyətdə çoxları hisrsini yemək yeməklə
alır. Belə halla qarşılaşanda yemək yerinə idmanı seçərək sağlam qalın.

Meyvə-tərəvəz yeyin
Vitamin və minerallarla bol meyvə-tərəvəzi rasionunuzdan çıxarmayın.
Həftədə 2-3 dəfə paxla, lobya, noxud, mərcimək kimi yeməklərə üstünlük
verin.

Yağdan istifadə
Heyvan mənşəli doymuş yağlardan mümkün qədər uzaq durun. Bu yağlar qandakı xolestrolu, yüksək təzyiq riskini artırır. Zeytun və digər bitgi yağlarından istifadəyə çalışın.

Soyuq qəhvə için
Çox içilən şəkərli və kalorili içkilər artıq çəkiyə əsas səbəbdir.
Unutmayın ki, ən yaxşı içki sudur. Sudan əlavə yaşıl çay, evdə
hazırlanan limonad, soyuq qəhvə içmək məsləhətdir.

Şirniyyat yerinə meyvə
Bir dilin tort yerinə ailənizə,dostlarınıza qarpız,qovun,alma,armud,əncir və şaftalı kimi meyvə hazırlaya bilərsiniz.

Səhər yeməyini unutmayın
Yuxuda olduğumuz 7-8 saat ərzində orqanizmin qidalanmaya böyük
ehtiyacı yaranır. Buna görə də gün ərzində ən önəmli yemək səhər
yeməyidir. Düzgün səhər yeməyi yeməyən insanlar gün ərzində daha çox kalorili yemək yeyirlər.

Yemək ötürməyin
Gündə 3 dəfə əsas olmaqla 5-6 dəfə qidalanmaq lazımdır. Yemək vaxtının ötürülməsi daha çox acmağa və yeməyə səbəb olacaq. Bu da artıq çəki deməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!