Daha seksual görünmək istəyirsinizmi? MƏSLƏHƏT

Daha seksual görünmək istəyirsinizmi? MƏSLƏHƏT
Gözəllik sirləri
10.09.2017 37
Uzun saçları qat-qat kəsməklə onları olduğundan çox daha həcmli göstərə bilərsiniz
Solğun və korlanmış saçlardan xilas olun. Əksər xanımlarımızı narahat
edən solğun saç və başka problemləri nəzərə alaraq öz məsləhətlərimizi
veririk:
 
Düzgün şampun – Şampunu ancaq təmizlik üçün istifadə etməyin. İstifadə
etdiyiniz şampunun vəzifəsi təkcə saçı təmizləməkdən ibarət deyil.
Şampun saçı qidalandırmalı və zədələməməlidir. Şampunu saç tipinə uyğun
seçin.
 
Saç kəsimi – Uzun saçları qat-qat kəsməklə onları
olduğundan çox daha həcmli göstərə bilərsiniz. Qalın, lakin uzun model
isə saçı nazik göstərir.
 
Havalandırmaq – Saçınızı qurudarkən fenlə yaxşıca
havalandırın. Saçı həcmli etmək çox asandır, bunu evdə özünüz də edə
bilərsiniz. Saç qurudanın müxtəlif aparatlarından yararlanaraq dalğalı
və həcmli edə bilərsiniz.
 
Düzgün məhsul – Saçları həcmli göstərməyin bir çox
üsul var. Önəmli olan, onlardan hansının sizin saçınıza uyğun olduğunu
bilməkdir. Nazik tellər üçün krem və spreylər, normal saçlar üçün olan
məhsullardan fərqlidir.
 
Dərinizi qidalandırın – Saçın sağlamlığı əslində, saç
dərisindən asılıdır. Kəpəkdən şikayət edənlər və dərisi soyulanlar
qidalandırıcı serumlardan istifadə etməlidir.
 
Qabarıq model - Saçı həcmli göstərməyin ən yaxşı çıxış
yolu, yuxarı hissəsini daraqla qaldırmaqdır. Nazik dişli daraqlar
qadınların çoxunun çantasında olur. Saçınızın qabartmaq istədiyiniz
hissəsini nazik dişli daraqla həcm verə bilərsiniz.
 
Dalğalar – Evində biqudi olmayan qadın yoxdur.
Onlardan istifadə qaydası olduqca asan və tez başa gəlir. Dolabın bir
kənarına atdığınız biqudiləri saça həcm vermək üçün istifadə edin.
 
Buruqlar – Buruq və dalğalı saçlar seksual qadın obrazını tamamlayan detallardır.
© İstifadə edilərkən Qadinlar.Biz saytına istinad olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!