Qadınlar gözəl sinələri olması üçün nə etməlidir?

Qadınlar gözəl sinələri olması üçün nə etməlidir?
Gözəllik sirləri
10.09.2017 37
Sinənizin, döşlərinizin gözəl və formada qalması üçün özünüzü əziyyətə salıb bir neçə maska hazırlamalısınız.
Ballı-badamlı maskalar: Bal və badam yağını eyni miqdarda götürüb qarışdırın. Sinənizə çəkib 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Dəsmalla yüngülcə durulayın. Sinə dərisini qidalandırır və cavanlaşdırır.
Gilli maska: 30 qram ağ gili suda elə qarışdırın kimi xama kimi alınsın. Buraya 20 qram talk (prisipka) əlavə edin. Dekolte və döşlərə maska kimi çəkin. 20 dəqiqədən sonra isti su ilə yuyun.
Kartof maskası: Bişmiş kartofa 1 çay qaşığı bal və 50 ml bitki yağı əlavə edin. Döşlərə çəkib 20 dəqiqə sonra isti su ilə yuyun. Sonra qidalandırıcı krem çəkə bilərsiniz. Bu maska dərini cavanlaşdırır və hamar edir. Həm də sinəni möhkəmləndirir.
Yoqurtlu maska: 1 çay qaşığı yoqurta E vitamini yağı, 1 yumurta əlavə edib qarışdırın. Maskanı çəkəndən sonra sinə dərisini yüngülcə masaj edin. 20 dəqiqə qurudub isti su ilə yuyun. Bu maska sallanmış döşləri qaldırır.
QEYD: Yayda isti günəş şüalarında sinəni açıqda qoymayın. Günəş şüaları döşlərə ziyandır. Onlara da günəşdən qoruyucu krem çəkin. Sinə üçün xüsisi qulluq vasitələri alın, qidalandırın, nəmləndirin və qoruyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!