Gözəlliyin sirləri

Gözəlliyin sirləri
Gözəllik sirləri
10.09.2017 36
Buruq saçlar
Buruq saçlara qovuşmaq sandığınız qədər çətin deyil. Saçlarınızı qurutduqdan sonra, arxada bir toppuz edin. Rezin istifadə etmək yerinə toppuz çubuğu istifadə etsəniz, rezin saçlarınızın şəklini pozmasını önləmiş olarsınız. Makiyajınızı tamamlayana qədər saçlarınızı bu şəkildə buraxın. Toppuz çubuğunu çıxarınca, saçınızda iri, həcmli dalğaların yarandığını görəcəksiniz.
Cəzbedici gözlər
Gözlərinizi işıqlandırmanın tək sirri uyğun faranı istifadə etmək deyil. Əvvəlcə sizi yorğun göstərən tündlüklərdən və qızarıqlıqlardan xilas olmalısınız. Göz qapaqlarınızın üzərinə  bir bağlayıcı tətbiq edin. Göz altındakı tünd bölgələrə və gözlərin iç və xarici künclərinə diqqət göstərməlisiniz. Bütün ləkələri ortadan qaldırdıqdan sonra farası tətbiq edə bilərsiniz.
Fotomodel üzü

Almacıq sümüklərinizi ön plana çıxarmaq üçün sizə yeni bir üsul təklif edirik: Makiyajınızı tamamladıqdan sonra qaş küncündən almacıq sümüklərinin təpəsinə qədər yağsız bir dodaq parladıcısı tətbiq edin. New Yorklu makiyaj mütəxəssisi Mattew Niagraya görə, bu üsulla "işığı əks etdirən almacıq sümükləriniz, təsir edici şəkildə ön plana çıxacaq."
Doğru ətir seçimi 
"Qoxunuzla ətrafınızdakıları mest etmək istəyirsinizsə, çiçək və ya ədviyyat tərkibli bir qoxu seçməlisiniz. 
Parlaq dodaqlar
Təsir edici dodaqların sirri : Dodaq künclərinə və ortasına bir damla şəffaf rəngdə parladıcı sürün. Təbəssümünüzü işıqlandıraraq, dodaqlarınızın şəklini ortaya qoyacaq.
/Mənbə:Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!