Cazibədar görünməyin sirri burada

Cazibədar görünməyin sirri burada
Gözəllik sirləri
10.09.2017 32
 4 həftə boyunca gün ərzində 2-3 ədəd meyvə
Təzə tərəvəz və meyvə yeyərək həm sağlam, həm də çox cəlbedici ola bilərsiniz. Necə?                              
Nizamlı olaraq meyvə və tərərəvəz yemək sağlamlığa faydalı olmaqla yanaşı cazibəni də artırır. İngiltərədəki York və Kembridc universitetlərinin elm adamları meyvə, tərəvəz yeyərkən dərinin daha çox işıldayaraq cəlbedici göründüyünü deyiblər.
Elm adamları 20 qadın və kişinin fotolarını 4 versiyada təqdim ediblər. İlk fotolardakı adamlar bol meyvə və tərəvəz yeyən, üzü parıldayan, 2-ci fotolardakı adamlar bu cür qidalardan daha az istifadə edən və üzü solğun görünənlərdir. 3 və 4-cü fotolardakı insanların isə cild tonu dəyişdirilərək üzləri tanınmaz hala gətirilib. Ancaq iştirakçılar ən çox ilk fotolardakı görüntünü bəyəniblər.                                                                                                                    
Araşdırmaya imza atanlardan Karnen Lefevre cild tonunun sağlamlıq göstəricisi olduğunu qeyd edərək qızılı rəngdə olanların daha sağlam olduğunu bildirib. Ancaq Lefevre günəşin altında qalıb qaralmaqdansa bol meyvə, tərəvəz yeməklə daha sağlam olmağı tövsiyə edib. Meyvə və tərəvəzdə oan karotenoid maddəsinin cildə parlaqlıq verdiyini qeyd edən  Lefevre  4 həftə boyunca gün ərzində 2-3 ədəd meyvə, tərəvəz yeməyin daha cəlbedici bir görünüş bəxş edəcəyini də deyib.       скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!