İncə bədənli qadınlar necə geyinməlidir

İncə bədənli qadınlar necə geyinməlidir
Gözəllik sirləri
10.09.2017 102
İncə bədənli qadınlar necə geyinməlidir
Bildiyimiz kimi, arıq xanımlar üçün paltar seçimi çətin olur. Xüsusilə, geyimin əyinlərinə tam oturmasını istəyənlər bu məsələdə çətinlik çəkirlər. Geyim geydikdə ən vacib məsələlərdən biri kiçik və sadə hiylələrlə qüsurlarımızı gizlədə bilməyimizdir. Çox arıq olanlar üçün də bir çox stil tövsiyəsi var. Əgər sizin də belə bir probleminiz varsa, xəbərdən faydalana bilərsiniz.
1. Enli paltarlardan uzaq durun
Arıq insanların ən çox yol verdiyi səhvlərdən biri də çox enli geyimlə arıqlıqlarını gizlətməyə çalışmalarıdır. Ancaq bu paltarlar sizə xoş olmayan görünüş verər və arıqlığınızı daha da önə çəkər. Bunun əvəzinə bədəninizə oturan, ancaq yapışmayan paltarları seçsəniz, daha yaxşı nəticə əldə etmiş olarsınız.
2. Geniş ətəkli paltarlar geyinin
Geniş ətəkli donlar arıq qadınlar üçün ideal bir seçimdir.
3. Üfüqi xətləri olan parçadan istifadə edin
Üfüqi xətlər xüsusilə bədəninizin üst qisimini daha şəkilli göstərmək üçün idealdır. Bununla birlikdə şaquli xətlərdən uzaq olmağınız lazımdır, çünki şaquli xətlər insana daha uzun və incə bir görünüş verə bilir. Siz üfüqi xətli şalvar, köynək, jilet və paltar kimi geyimləri rahatlıqla geyinə bilərsiniz.
4. Qat-qat geyinin
Bu qaydanı yazda da tətbiq etmək mümkündür, ancaq payız və qış aylarında qat-qat geyinmək olduğunuzdan daha çəkili görünməyinizə zəmanət verir. Bunun üçün pencək, jilet və ya şalı geyimlərinizin sırasına əlavə etməyiniz ağıllı bir fikir olar. Klassik kəsimli pencəklərin daimi xilaskarınız olacağını unutmayın.
5. Tünd rənglərdən uzaqlaşın
Boşuna deməyiblər ki, "Qara arıq göstərər". Tünd rənglər insana daha arıq bir görünüş verir. Bu vəziyyətdə sizin də bu rənglərdən uzaq qalmağınız lazımdır. Mülayim tonlara yönəlin: ağ, pudra tonları, çəhrayı və mavi, açıq yaşıl sizin üçün ideal rəng tonlarıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!