Arzuolunmaz tüklərdən qurtulmaq

Arzuolunmaz tüklərdən qurtulmaq
Gözəllik sirləri
10.09.2017 21
Bədəndəki arzu olunmayan tüklərdən xilas olmanın bir çox yolu var: Krem, elektrikli epilyasiya maşını, lazer, depilyasya…

Şübhəsiz ki, ən ideal üsul dəri tipinizə, dərinizin həssaslığına, səbrinizə və büdcənizə ən uyğun olanıdır.



İncə tüklər:
[/b]Ümumiyyətlə dodaq üstündə, çənədə və üzün yan
tərəflərində olan və çox diqqətə çarpan incə tüklərin çoxluğu bəzi
qadınları çətinliyə salır. Əgər bu bölgələrdəki tüklənmə azdırsa ən
uyğun yol saraltmadır. Saraltma üçün uyğun losyon evdə də
rahatlıqla hazırlana bilər:
Şüşə bir qaba 2-3 qaşıq 36% sıxlıqda oksigenli su qoyun, bir neçə
damla amonyak əlavə edin. Pambıqlı bir çubuğu hazırladığınız losyona
batırıb saraltmaq istədiyiniz tüklərə sürtün. 4-5 dəqiqə sonra yüngül
bir qaşıntı hiss etdiyinizdə bölgəni bol suyla yuyun və kremləyin.
Əgər tüklər çoxdursa saraltma xoş görünməyə bilər. Ayrıca tünd
bədəndə saraldılmış dodaq üstü tükləri ağ bığ kimi görünəcəyi üçün heç
estetik görünməz. Bu vəziyyətdə ən uyğun həll maqqaş, sap, lazer və s.
üsullarla bu tükləri təmizləməkdir. İz buraxa biləcək metodlardan
çəkinin!



Qoltuq altı:
Bədənin həssas bir bölgəsidir tez qızarar. Bu səbəbdən seçəcəyiniz metod əhəmiyyət daşıyar.



Bikini xətti:
Xüsusilə dəniz mövsümündə mütləq təmizlənməsi lazım olan bir
bölgədir. Son dərəcə həssas və qızarmağa meyllidir. Kiçik iltihablara və
batıq tüklərə səbəb olacağı üçün təraş bıçağı istifadə etməkdən
çəkinin.



Qıçlar:
Dərisi çox həssas olmadığı üçün bütün metodları istifadə edə
bilərsiniz. Yenə də çox açıq və ya çox tünd bədən rənginiz varsa lazerli
epilyasiyadan çəkinin və ya bu mövzuda mütəxəssislərlə məsləhətləşin.



Maqqaş
Qaşları, kiçik bölgələrdəki qalan tükləri təmizləmək
üçün idealdır. İki cinsi vardır, ucları düz olanlar bığ, içəri doğru
əyik olanlar isə qaş üçün istifadə edilir. Maqqaşınızı, istifadə
etməzdən əvvəl və sonra mütləq dezinfeksiya etməyi unutmayın.

Təraş ülgücü


Asan və tez olmasından ötrü zamanın məhdud olduğu vəziyyətlərdə
tez-tez müraciət edilən bir həllidir. Ayrıca dərisi çox həssas olanlar
və ya digər üsulları ağrılı hesab edənlərində seçimidir. Tüklər daha çox
çıxmaz amma deformasiyaya uğradığı üçün qalınlaşar.




Arzuolunmaz tüklərdən qurtulmaq





Tüklərin yenidən çıxışı: 2 gün



Riskləri:

Dərini kəsmə və ya cızma ehtimalı vardır.
Tüklərin daha qalın və sərt çıxmasına səbəb olar.
Dəridə sızanaq belə edə bilər.
Tükləri kökündən götürmədiyi üçün kəsilən tüklər dəri altından irəliləyib batıq meydana gətirə bilər.

İstifadə qaydaları:

Mütləq duş altında olarkən təraş olun.
Təraşdan əvvəl dərinizə sabun və ya təraş köpüyü sürtün. Bu həm
dərinizin qurumasını, həm də təraş bıçağının asan sürüşməsini təmin
edər.
Tüklərinizi aşağıdan yuxarıya doğru alın.
Təraşdan sonra dərinizə qətiliklə spirtli bir məhsul tətbiq etməyin,
təmizlədiyiniz bölgəni bol suyla duruladıqdan sonra yüngülcə qurulayın,
talk pudrası və ya bir nəmləndirici sürtün.

Soyuq mum


Kiçik lentlər halındadır. Əl ustalığı və bir az cəsarətli olduqda
praktik və hər yerdə tətbiq oluna biləcək bir metoddur. Damar problemi
yaşayan qadınlar üçün mumlar arasında ideal olandır.



Tüklərin yenidən çıxışı: 3 həftə.



Riskləri:
Digər mumlara görə tükləri tam götürməyə bilər amma daha asan qoparar.



İstifadə qaydaları:

Başlamazdan əvvəl dərinizin təmiz və quru olduğundan əmin olun.
Lentləri tüklərin çıxış istiqamətinin əksinə doğru və sürətlə çəkin.

İsti mum


Tüklərin kökündən alınmasını təmin edər istilik məsamələri açar və tüklərin köküylə çıxmasını asanlaşdırar. 2 formadadır.



Tüklərin yenidən çıxışı: 3 həftə.



Riskləri:
İstilik damarlarda genləşməyə səbəb olduğu üçün varis kimi damar problemi olanlar seçməməlidir.
İstifadə qaydaları:




Başlamazdan əvvəl dərinizin təmiz və quru olduğundan əmin olun.
Şəbəkədəni mümkün olduğunca incə bir təbəqə halında sürtün.
Üzərinə yayacağınız bez sürüşməyən növdən olmalıdır.
Bezi tüklərin çıxış istiqamətinin tərsinə doğru sürətlə və tək hərəkətdə çəkin; daha az ağrı hiss edərsiniz.
Təmizliyiniz bitdikdən sonra dərinizi ilıq suyla yuyub nəmləndirin.

Ənənəvi mum


Evdə hazırlana bildiyi kimi, ilıq mum olaraq qablarda da
satılmaqdadır. Tükləri kökündən götürər və yenilərinin daha yumşaq
çıxmasını təmin edər.



Tüklərin yenidən çıxışı: 3 həftə.



Riskləri:

Əllə tətbiq olunduğu üçün digər mumlara görə daha çox təcrübə tələb edir.
Digər mumlara görə daha çox səy və zaman tələb edir.

İstifadə qaydaları:

Başlamazdan əvvəl dərinizin təmiz və quru olduğundan əmin olun.
Dərhal çəkməyin, əlinizlə yüngülcə basdıraraq bütün tüklərə yapışmasını təmin edin.
Tüklərin çıxış istiqamətinin əksinə doğru sürətlə və tək hərəkətdə çəkin, daha az ağrı hiss edərsiniz.
Təmizliyiniz bitdikdən sonra dərinizi ilıq suyla yuyub nəmləndirin.

Tük tökücü krem


Ülgüclə müqayisədə tüklər daha yumşaq çıxar. Bir neçə dəqiqədə təsirini göstərər amma çox diqqətli istifadə edilməlidir.
Tüklərin yenidən çıxışı: 1 həftə.
Riskləri:
Allergiya riski var amma olduqca aşağıdır.
İstifadə qaydaları:

Dəriniz həssasdırsa tətbiqdən əvvəl bədəninizin kiçik bir bölgəsində təcrübə aparın.
Tüklər yaxşı alınmayıbsa əməliyyatı təkrarlamazdan əvvəl ən azı 1 gün gözləyin.
Təmizliyiniz bitdikdən sonra dərinizi soyuq suyla yuyub mütləq nəmləndirin.

Elektrikli epilyasiya maşını


İş prinsipi maqqaşla eynidir: açılıb bağlanan bir çox uc, tükü
bağlayar və bir maqqaş kimi kökdən götürər. Ən böyük üstünlüyü çox kiçik
tükləri belə ala bilməsidir.
Tüklərin yenidən çıxışı: 2-3 həftə.
Riskləri:

Yeni tüklərin bir qisimi batıq çıxa bilər.
Maşın dəridə sürətli hərəkət etdirilsə bir çox tükü qopara bilər.
Tam təmizlik üçün inad və səbir tələb edir!

İstifadə qaydaları:

Başlamazdan əvvəl dərinizin təmiz və quru olduğundan əmin olun.
Maşını, yavaş, çox basdırmadan və tüklərin çıxış istiqamətində yəni aşağıdan yuxarıya doğru hərəkət etdirin.

İynəli epilyasiya


İncə və yumşaq iynələrlə ət kökünə girib zəif axınlı elektriklə
köklərin yandırılması üsuludur. Elektrik cərəyanı zəif olduğu üçün çox
ağrı hiss edilməsədə həssas bölgələr üçün lokal anestezi edilə bilər.
Seansların sayı, edilən bölgədəki tük sıxlığına və tüklərin alınmağa
uyğun inkişaf etmişlik mərhələsinə görə dəyişər.
Hamilələrin tətbiq etməməsi lazım olan bir üsuldur.
Riskləri:

İynələr səbəbiylə dəridə keçici kiçik izlər meydana gələr.
Bütün tüklərin təmizlənməsi üçün uzun, davamlı seanslara qatılmaq lazımdır.

İstifadə qaydaları

Mütəxəssislərə etdirilməlidir.
Tətbiqin ediləcəyi yer və iynələr gigiyenik olmalıdır.

Lazerli epilyasiya


Lazerli epilyasiya bədənin hər bölgəsindəki tükləri ağrısız və dəriyə zərər vermədən yox edən qalıcı bir üsuldur.

Xüsusi olaraq seçilən dalğa boyundakı lazer şüaları tük kökündə olan melanin pigmentini hədəf alar.
Lazerli epilyasiyadan təsirli nəticə ala bilmək üçün ən az 4 seans
nizamlı olaraq davam etmək lazımdır. Seans sayı, tük sıxlığına, rənginə
və dəri tipinə görə adamdan adama dəyişər. Ayrıca tükün bir çox inkişaf
mərhələsi vardır. Lazerli epilyasiyasına uyğun inkişaf etmiş tüklər yox
edildiyi üçün bu mərhələyə gəlməyən tüklər üçün uyğun mərhələ
gözlənilir. Bu da seans sayını artıra bilər. Ən sürətli və
müvəffəqiyyətli nəticə, dəri rəngi açıq, tükləri tünd olan insanlarda
alınar.
Hamilələrin tətbiq etməməsi lazım olan bir üsuldur.
İstifadə qaydaları:

Tətbiqdən əvvəl günəş vannası qəbul etməyin, bürüncləşmiş dəriyə
lazer tətbiq etmək təhlükəlidir. Tətbiqdən sonra da 8 gün günəş vannası
qəbul etməyin.
Çox açıq və ya çox tünd bədən rənginiz varsa qərar verməzdən əvvəl bir mütəxəssis həkimlə görüşün.
Seanslardan sonra dəridə qızartılar meydana gələ bilər amma bunlar qısa müddətdə yox olar.

[b]Lazerli epilyasiya bir mütəxəssis işidir, mütləq yaxşıca araşdırın və mütəxəssislərə etdirin.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!