Gülbən Ergənin gözəllik sirrləri

Gülbən Ergənin gözəllik sirrləri
Gözəllik sirləri
10.09.2017 36
Hər vaxt təbiilikdən yana olan məşhur ulduz, baxın üzünə nələr çəkir, saçlarına necə baxımlar tətbiq edir? 



Geyim şəklinə görə saçlarımı istifadə edirəm və buna görə dəyişikliklər edirəm. Ümumiyyətlə fəsil keçişlərində saç baxımıma böyük diqqət göstərirəm. Rəngində çox bir dəyişiklik etməsəm də ümumiyyətlə saçlarımla maraqlanmağı sevirəm.



Salona getmə zəruriliyi olmayan saç modellərini seçirəm. Ümumiyyətlə rahat və qəşəng modelləri sevirəm.



Duş qəbul etdikdən sonra bir az sabitləşdirici köpük və qidalandırıcı serumlarla gündəlik saç baxımımı tamamlayıram. Saçlarıma özüm forma verməyi sevirəm.



Ən sevmədiyim makiyaj məhsulu pomadadır
Çantamda yalnız dodaq nəmləndiricim var pomadam yox. Dodaqlarım nə qədər sadə isə o qədər müasir gəlir mənə. Gözlərimdə ümumiyyətlə diqqətə çarpan makiyajları sevirəm. Çünki üzümdə əvvəl gözlərəmin diqqət çəkməsini istəyərəm. Bu səbəblə də göz makiyajına əhəmiyyət verirəm.



Şaftalı rəngli ənlik, qara göz qələmi, gözün altına tünd qəhvə ten çəkərək gündəlik makiyajımı tamamlayıram. Mənə ən yaraşan və özümü rahat hiss etdiyim makiyajım budur. Əgər kirpik üçün tuş istifadə edəcəyəmsə mütləq göz altı bağlayıcısı çəkirəm, o zaman da incə bir pudra lazımdır. Bu məhsulları da istifadə etməni sevirəm amma çox seçmirəm.



Göz qələmiylə özümü tamamlanmış kimi hiss edirəm buna görə çantamdan ayırmadığım tək makiyaj vəsaiti qara göz qələmimdir.



Dərimi hər vaxt yaxşı təmizləyərəm və çox yaxşı nəmləndirərəm
Çox etina etdiyim üçün də dəri problemi yaşamam. Yalnız canım sıxıldığı zaman bir - iki dənə sızanaq çıxar onu da öz halına buraxaram zamanla keçər. Anamdan aldığım gözəllik sirri: üzümü təmizləmədən yatmamaq və acı badam südü çəkmək. Bunları mütləq hər gün tətbiq edirəm.
 
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!