Zeytun yağının gözəlliyə 6 faydası

Zeytun yağının gözəlliyə 6 faydası
Gözəllik sirləri
10.09.2017 34
Quru saçlara baxım
Saçlarınızı qışa hazırlamaq üçün nəmləndirməyə nə deyərsiniz? Həftədə iki dəfə saçlarınıza tətbiq edəcəyiniz zeytunyağı maskası, saç diblərini və uclarını bəsləyərək daha tez uzanmasını təmin edər.

Sivilcələri təmizləyər
Zeytunyağı sivilcə olan bölgələrə çəkin və bir həftə boyunca gecələri istifadə edin. Diləsəniz zeytunyağına bir miqdar duz qarışdıraraq da tətbiq edə bilərsiniz.

Sıx nəmləndirici
Bədən kreminizə qarışdırdığınız bir miqdar saf zeytunyağı duşlardan sonra bədəninizin nəm nisbətini tarazlar və qış boyu yumşaq olmasını təmin edər.

Soyuqdan quruyan dodaqlara
Kiçik qutudakı dodaq kreminizin içinə bir neçə damla zeytunyağı qarışdırın və ağılınıza gəldiyində bu kremli qarışığı dodaqlarınıza tətbiq edin. Beləcə soyuqdan çatlamalarını maneə törətmiş olarsınız.

Sərt topuqlara
Topuqlarınızı yumşaltmaq üçün zeytunyağı ilə masaj edin və ardından yumşaq bir corab geyin. Bu, topuqlarınızdakı çatlaqların aradan qaldırılmasına və ayaqlarınızın yumşalmasına kömək edər.

Təraş köpüyü yerinə
Təraş köpüyünüz bitdisə zeytunyağını könül rahatlığıyla istifadə edə bilərsiniz. Zeytunyağı ülgücün idarəli şəkildə sürüşməsini təmin edər və dərini nəmləndirər. Xüsusilə qıçlar üçün idealdır.
 
/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!