Kirpik baxımı…

Kirpik baxımı…
Gözəllik sirləri
10.09.2017 40

Qış mövsümündə kirpikləriniz ziyan görməsin.


Xüsusilə qış mövsümündə soyuq havaların təsiriylə, saçımız və dərimiz
kimi, qaş və kirpiklərimiz də ziyan görərlər. Bu mənfi hava şərtlərinin
verdiyi zərərlərlə yanaşı makiyajın da rolu böyükdür. Hər gün makiyaj
edənlərin xüsusi bir təmir proqramı tətbiq etməkləri lazımdır. Çünki həm
makiyaj vəsaitlərinin həm təmizləyicilərin kimyəvi təsirləri zamanla
kirpiklərin tökülməsinə səbəb ola bilər.

Qaş və kirpik tökülməsi üçün təbii tərif


1 şirin qaşığı vazelin
1 şirin qaşığı badam yağı
1 şirin qaşığı lanolin
Hazırlanması: vəsaitləri hamam üsulu ilə isti edin və hər gün qaş və kirpiklərinizə barmağinizla sürtün.
Dəmlənmiş qara çayı dözə biləcəyimiz istilikdə sürtün. Bunu hər axşam
yalnız dəmlənən və qalan çayı atmadan tətbiq etsəniz kirpiklərinizin
necə uzandığını görəcəksiniz !
Hind yağı və şirin badam yağı, qaş və kirpiklər üçün zərərsiz
mükəmməl nəmləndiricilər olaraq seçim edilə bilər. Yalnız nəmləndirməklə
qalmaz eyni zamanda onları qidalandırar.
Üst üstə yağ baxımları tətbiq edirsinizsə sizdə kirpik dibi
yağlanması meydana gəlmiş ola bilər. (bu vəziyyət kirpik baxımı
etməyənlərdə də görülər) Bir həftə boyunca gündə bir dəfə göz
yandırmayan bir körpə şampunuyla gözlərinizi yuyaraq bu vəziyyətdən
xilas ola bilərsiniz. Bir həftədən çox davam edilməməlidir. Son olaraq
yuxarıdakı kirpik uzatma düsturunu gözlərinizdə infeksiya meydana
gəldiyi dövrlərdə tətbiq etməmənizi təklif edəcəyəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!