Bədəninizə gündəlik edilməsi olan qulluq

Bədəninizə gündəlik edilməsi olan qulluq
Gözəllik sirləri
10.09.2017 21
Kosmetikanın birinci şərti dərinin təmizliyidir. İnsanın
ən vacib orqanı kimi dəri orqanizmin bütün həyat fəaliyyətində iştirak
edir, dərinin-yaxşı saxlanılması nəinki gözəllik üçün, həmçinin
sağlamlıq üçün də böyük əhəmiyyətə malikdir.

 
 
Dəri piyinin və tərin dağılan hissəcikləri ilə örtülmüş çirk dəri
özünün süzmə qabiliyyətini itirir, bakteriyaların təsirinə daha tez
məruz qalır. Belə şəraitdə hər bir kiçik sıyrıntı dərinin ciddi
iltihabına səbəb ola bilər. Ona görə də bütün bədənin dərisinin
təmizliyi onun normal fəaliyyətinin və deməli, yaxşı zahiri görkəminin
ən vacib şərtidir.
 
 
Sabun və sudan və yaxud gündəlik yuyunmaqdan başlayaq. Yuyunmaq üçün ən yaxşı su yumşaq sudur, yəni yağış və ya dağ
çaylarından axan sudur. Şəhər camaatı isə xlorlu su ilə kifayətlənməli
olur ki, bu da çox vaxt dərini qurudur, bəzən isə hətta darinin
qıcıqlanmasına və geyişmə verməsinə səbəb olur. Bunlardan çəkinmək üçün
vanna hazırlayarkən suya boraks, duz, köpükləndirici mayelər əlavə
etmək, ya da həblərdən istifadə etmək lazımdır.
 
 
Bütün bədənin axşamlar yuyulması olduqca vacibdir.
ələlxüsus bu, iş günü ərzində toz, çirk, cürbəcür kimyəvi maddələr,
yağlar və s. ilə qarşılaşanlara aiddir. Axşamlar dərinin toz və çirkdən
yaxşı təmizlənməsi qan dövranını yaxşılaşdırır, dərin yuxu gətirir.
 
 
Dərini ancaq ilıq su ilə yaxşı yumaq olar. Soyuq su
(14—20°S), ya da otaq temperaturlu su (21—28°S) dərini lazımi dərəcədə
təmizləyə bilmir, ona görə də mütləq ilıq (34—38°S) su .və sabunla
yuyunmaq lazımdır. Normal və quru dərini neytral sabunlarla, bir qədər
yağlı dərini isə bakterisid xassəli sabunla yumaq olar. Adam çox olan
yerlərdə, məsələn, poliklinika, xəstəxana və kafelərdə işləyən qadınlar
mütləq bakterisid xassəli sabunlarla yuyunmalıdırlar.
 
 
Ən yaxşısı duş altında yuyunmaqdır. Duş altında hər
gün 5—dəqiqə yuyunmaq lazımdır. Sabunlanandan sonra bədəni bir qədər
ilıq su ilə, ya da təzadlı (isti-soyuq) su ilə yaxalayırlar. Bunu belə
edirlər: əvvəl bir qədər isti su ilə yuyunurlar, sonra soyuq su ilə… və
bir neçə dəfə belə təkrar edirlər. Duşdan sonra ən çox tərləyən yerlərə
(qoltuqaltı, ayaqlar və i. a.) tərə qarşı dərmanlar çəkmək olar.
 
 
Bəzən duşu (uşaqlarda) bədənə su tökməklə də əvəz etmək olar. Bu vaxt suya yumşaldıcı, turşuluq verən, ya da ot cövhərləri əlavə etmək yaxşıdır.
Su proseduraları zamanı çimmək üçün lazım olan bütün alət və
vasitələr "əl altında” olmalıdır. Bu, sizə vaxta qənaət etməyə gömək
edər, həmin vaxtı isə özünüzə qulluq etməyə sərf edə bilərsiniz.
Vannalar
Bədənə qulluq etməkdə vannalar mühüm rol oynayır. Lakin vannalar heç də hamıya eyni cür təsir göstərmir. Bəziləri
gündəlik gigiyenik vannalardan sonra özlərini yaxşı hiss etdiklərini,
digərləri isə vannaların onları süstləşdirdiyini deyirlər. Bu, suyun
temperaturundan, vannanın müddətindən, ona əlavə edilən dərmanlardan,
səhhətin vəziyyətindən və həssaslıqdan asılıdır.
Vannanın orqanizmə təsiri çox mürəkkəbdir. Ona görə də vanna insanın
sağlamlığının vəziyyəti və hər kəsin özünə xas xüsusiyyəti nəzərə
alınmaqla hazırlanmalıdır.
İlıq vanna (34—37°S) daxili orqanlara və əzələlərə süstləşdirici
təsir göstərir, bundan başqa, belə vanna adamı sakitləşdirir. Belə
vannanı yüksək oyanıqlıq zamanı və nevrozlarda qəbul etmək lazımdır.
Vannaya dərman otları cövhəri, lavanda, kəkotu, çobanyastığı, cökə çiçəyi, ya da iynəyarpaq cövhəri tökməklə sakitləşdirici
effekti artırmaq olar. Sinir sisteminə soyuq vannalar da (28—33°S)
yaxşı təsir göstərir. Belə vannanı 5—10 dəqiqə qəbul etmək olar, özü də
əvvəl isti vannadan başlamalı və getdikcə suyun temperaturu
salınmalıdır.
 
 
Aşağıdakı otlarla dərinin elastikliyini artırmaq olar: şam ağacı tumurcuqları, qatırquyruğu zoğları, aptek rozmarinin yarpaqları. Dəri quru olduqda isə suya cökə çiçəyi tökülür.
Dəridə civzə və seboreya olduqda vannaya ardıc meyvələri, şam ağacı
tumurcuqlarının və ayıpəncəsi kökünün əlavə edilməsi bakterisid təsiri
artırır.
Tromboflebitlərin profilaktikası məqsədilə gülüm-bahar, cökə,
lavanda, çobanyastığı çiçəklərinin, şam ağacı tumurcuqlarının,
qatırquyruğu zoğlarının, kəkotunun dəmləməsi tökülmüş vannalar qəbul
etmək olar.
Dərman otlarının xarakterindən asılı olaraq onların hərəsini bir cür
hazırlayırlar. Ardıc meyvələrinin, şam ağacı tumurcuqlarının, ayıpəncəsi
zoğlarının üstünə isti su töküb 10 dəqiqə qaynadırlar. Qalan otların
üstünə su töküb üstünü örtür və bu halda 30 dəqiqə saxlayırlar.
Əgər əlinizin altında dərman otlarını hazırlamaq üçün lazımi qab
(emallı qab, ya da qazan) yoxdursa, onda otları torbaya töküb vannanın
kranına bağlamaq olar. Torbanın ağzını krana bağlayıb nazik şırnaqla
isti suyu açırlar. Beləliklə, vannanın 1/3  hissəsini doldurur, sonra
torbanı çıxarır və ağzını möhkəm bağlayıb vannanın içinə qoyur və
vannaya lazımi qədər su tökürlər.

Bir vannaya 200—300 q dərman otu lazımdır.


Kəpəkli vannalar da dəriyə yaxşı təsir göstərir. Bunun hazırlanması üçün 300 q buğda kəpəyinin üstünə soyuq su töküb qaynadırlar, sonra həlimi süzüb suya əlavə edirlər.
Dərisində tez-tez irinli yaralar əmələ gələnlərə Kalium permanqanatlı
bakterisid vannalar (manqanlı) qəbul etmək məsləhət görülür. Vannadakı
su açıq-çəhrayı rəngdə olmalıdır.
Xörək duzu, ya da Karlsbad duzu (vannaya 500—1000 q) əlavə edilmiş
vannalar dezinfeksiyaedici təsir göstərir və dərinin elastikliyini
artırır.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!