Möcüzəvi dodaqlar üçün kiçik sirlər

Möcüzəvi dodaqlar üçün kiçik sirlər
Gözəllik sirləri
10.09.2017 29
Çatlayan dodaqlar üçün 200 qram suysam yağı, 50 qram bal şamı. Bal şamını əridin. Suysam yağını əlavə edin. Qarışığı hər gün dodaqlarınıza sürün.
Dolğun dodaqlar üçün 1 şirin qaşığı bal, 2-3 damla zeytun yağı. Vəsaitləri qarışdırın. Diş fırçası köməyiylə dodaqlarınıza sürün. 
Möcüzə dodaqlar üçün maska 1/2 xiyar, 1 yemək qaşığı bal, 1 yemək qaşığı qatıq. Xiyarın
qabığını soyun. Blendıra qoyaraq suyunu çıxarın. Bal və qatığı əlavə
edərək yaxşıca qarışdırın. Əldə etdiyiniz maskanı dodaqlara və dodaq
kənarlarındakı dəriyə sürtün. 15 dq sonra yuyaraq çıxarın. Möcüzəvi Dodaq Maskası 1 ədəd pomidor, 1 yemək qaşığı bal, 1 yemək qaşığı qatıq.
Pomidoru
blendıra qoyaraq suyunu çıxarın. Üzərinə bal və qatığı əlavə edərək
qarışdırın. Əldə etdiyiniz maskanı dodaqlara və dodaq kənarlarındakı
dəriyə sürtün. 15 dq sonra durulayaraq çıxarın. Bu maska dodaqları
nəmləndirib, quruluğu aradan qaldırmaqla yanaşı, qırışıqlıqları yox
edər, dodaqların elastikliyini, yumşaq və hamar olmasını təmin edər.
Quruyan dodaqlara maska 1 yemək qaşığı toz şəkər, 1 şirin qaşığı bal 5-6 damla qreyfrut suyu.  Vəsaitləri
qarışdırın və dodaqlarınıza sürtün. 5 dq boyunca çox asda bir şəkildə
peeling edin. Beləcə dodaqlarınız hamar və yumşaq olacaq.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!