Soyuq duş ilə arıqlamaq

Soyuq duş ilə arıqlamaq
Gözəllik sirləri
10.09.2017 25
İrlandiyalı idmançılardan ibarət olan iki qrupu araşdırdıqdan sonra –bir
qrup yalnız idman, digər qrup isə idmanla bərabər soyuq duş qəbul
edirdi- alimlər qərara gəldilər ki, soyuq duş qəbulu insan çəkisini
aşağı salır. Məlum oldu ki, soyuq ilə təmasda olarkən dərinin səthində
dərialtı damarlarda qan dövranı güclənir və təziq qalxır. Bunun hesabına
metabolizm prosesi güclənir və orqanizm əlavə kaloriləri yandırmağa
başlayır.
Damarların bu cür məşqi fiziki təziq zamanı köməkçi olur. Buna görə
soyuq duş qəbulu ilə idman məşqlərini uyğunlaşdırmaq arıqlamaq istəyində
müsbət nəticə verir. Lakin bilmək vacibdir ki, bu üsula başlamaq üçün
hazırlıqlı olmaq lazımdır. Çünki hazırlıqsız olduqda pnevmaniya və ya
bronxit xəstəliyinə tutulmaq mümkündür. Yeni başlayanlar birinci dəfələr
üçün 1-2 dəqiqəliyinə soyuq su ilə yaxalanaraq kifayətlənməlidirlər.
Gün keçdikcə soyuq duş prosedurunun müddətini uzatmaq lazımdır.Soyuq duş
almadan öncə bədən tərli və ya məşqlərdən qızışmış olmamalıdır.
Prosedurun əvvəlində yüngül diskomfort hissi yaşaya bilərsiniz, lakin
sonradan soyuq duşdan ləzzət alacaqsınız. Arıqlamaq effektini
gücləndirmək üçün sellulita qarşı cod moçalka ilə sürtmək faydalıdır.
Duşdan sonra isə antisellulit kremlərindən istifadə edin. Soyuq duşu hər
kəsə istifadə etmək olmaz. Belə ki, tromboflebit, onkoloji proseslərdə,
qan xəstəlikləri, təziq və aybaşı olduğunuz zaman soyuq duş qəbulu
qadağandır. Soyuq duşdan sonra iştah açılır, lakin qida qəbulu
məsləhətli deyil. Duşdan sonra ən yaxşısı şirə, qatıq və ya meyvə
yeməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!